İngilis Dilini Asan Üsulla Təkmilləşdir

0
2246
İngilis Dilini Asan Üsulla Təkmilləşdir

Xarici dil biliyi hər zaman avantajdır. Xüsusilə də, iş həyatında ingilis dili bilənlər bir addım öndə sayılır. Bəs ingilis dilini bilməyib uğur qazanmaq istəyində olanlar necə etsin? İngilis dillərini təkmilləşdirsinlər. Çox asan yollarla!

Eşidə biləcəyiniz bir səslə öz-özünüzə danışın.
Hər vaxt bu dili praktik edə biləcəyiniz biri yaxınınız da olmaya bilər. Bir başqasıyla danışdığınızı xəyal edərək öz başınıza danışıb cavablandırmalısınız. Siyasət, fəlsəfə kimi əhəmiyyətli mövzulardan başlayaraq dişinizi firçalamaya qədər hər cür mövzuda fikir icra edin və öz-özünüzə danışın. Söylədiyiniz şeyə inanmaq məcburiyyətində deyilsiniz, amma bir dil öyrənərkən ən yaxşı şey davamlı praktik etməkdir. Sizi ancaq praktik etmək ingiliscə danışmada kafi hala gətirəcək. 

Televizorda ingiliscə iş kanallarını seyr edin.
CNN, BBC, və s. kimi bir çox kanal iş dünyasından davamlı xəbərlər verir. İngiliscə olan kanallarda iş mövzularını izləyərək həm söz xəzinənizi inkişaf etdirə bilər, həm də danışma qəlibləri və terminologiyasına öyrəşə bilərsiniz. Yatmadan əvvəl ingiliscə bir kitab oxuyun.

Yatmadan əvvəl 15 dəqiqə xarici bir dildə kitab oxuma, öyrənmə müddətinizə inanılmaz bir təsir edər. Bu, yaddaşınızı və beyninizi gücləndirəcək və sizə müvəffəqiyyət qazandıracaq. Bəlkə yaxın bir tarixdə ingiliscə yuxu görəcəksiniz! 

İngiliscə düşünməyə öyrəşin.
Dəyişik iş vəziyyətlərində deyilməsi lazım olan qəlibləri yaxşı əzbərləyin, öyrənin. Bəzi vəziyyətlərdə çox öyrəşkən cümlələr vardır ki, bunları söyləməniz sizə müsbət bal qazandırar. Bəzən yeni bir dil öyrənməkdə olan adam, o dildə düşünməyə başlar. Hər gün yalnız 5 dəqiqə öyrəndiyiniz dildə düşünməyə məcbur edin özünüzü. Hətta bu düşüncə seanslarını hər gün bir az daha uzadın. Nə düşünməniz lazım olduğunu bir kənara atın. Ağlınıza nə gəlirsə, heç problem deyil, xatırladığınız şeir belə olsa! Hər gün bu şəkildə düşünməyə öyrəşsəniz, çox keçmədən yeni öyrəndiyiniz dilin sizə çətin gəlmədiyini görəcəksiniz.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN