İş Başında Deyilən Yalanlar

0
1914
İş Başında Deyilən Yalanlar

İş başında ən çox deyilən yalan işə gecikməyə gətirilən səbəblərdir. Buraya “tıxac idi” və ya “marşrutum gecikmişdi” tipli məşhur bəhanələr aiddir. Təbii ki, bunlar kiçik yalanlardır. Lakin psixoloqlar yalanın kiçikdən başlayıb böyüyə doğru daha da cəsarətləndiyini bildirirlər.

Qeyd edək ki, “yalan” insanda özünə olan güvənci azaldan, neqativ hisslər bəxş edən yeganə duyğudur. Buna aludə olan insanlar şəxsiyyətlərini kiçik hisslərə qapanıb qurban verirlər. Sağlam düşüncəli insanlar isə yalandan maksimum uzaq durmağa çalışırlar. 

Yazını ömrünün yarıdan çoxunu insan psixologiyasına həsr etmiş məşhur filosof Fridrix Nitsşenin sözləri ilə tamamlamaq yerinə düşər: “İnsanın ağzı asanlıqla yalan danışsa da, onun qıc olmuş sifəti istənilən halda həqiqəti deyir”.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN