İş görüşməsinə gedərkən bunları yeməyin.

0
1882
İş görüşməsinə gedərkən bunları yeməyin.

İş görüşməsinə getməmişdən qabaq yediyiniz şeylər, müsahibədə daha diqqətli olmağınıza və zehninizi açmağa köməkçi olar. Bəziləri isə tam əks təsir yaradar. Budur iş görüşməsinə gedərkən yeyilməsi və yeyilməməsi lazım olan yeməklər:

 

Müsahibədən əvvəl bunları yeməyin:

Sarımsaq və soğan: Ağız qoxusu yaradar.

Gülkələmi, brokoli, kəvər və salatlar: Çox yedikdə narahatlıq verər.

Quru paxla, noxud, yarma: Qəbizliyə səbəb olar.

Şəkər və şəkər tərkibli yeməklər: Elə düşünürük ki, zehni açar amma elə deyil, hətta konsentrasiya müddətinizi qısalda bilər! Çünki qan şəkərini sürətlə yüksəldib aşağı salar.

Yağlı yeməklər: Həzm sistemi problemlərinə və şişkinliyə səbəb ola bilər.


Müsahibədən əvvəl bunları içməyin: 

Çay, qəhvə: Həddindən artıq istifadə etməyin. Yüksək kofein sizi gərgin edə bilər. 

Turşulu içki: Qəbizliyə səbəb olar. 

Süd, ayran: Şişkinliyə səbəb ola bilər.


Bunları yeyə bilərsiniz: 

Yağsız ət, toyuq və balıq: Tox saxlayar. Görüş zamanı qarınınız quruldamaz. 

Tam taxıllı çörək: Uzun müddət enerji verər. 

Zeytun yağlı tərəvəz yeməkləri: Tox qalmağa kömək edər. Salat kimi narahatlıq vermə riski daha azdır. 

Banan: Seratonin ifraz etməyinizə köməkçi olar, özünüzü daha yaxşı və enerjili hiss etməyinizi təmin edər. 


Bunları içə bilərsiniz:

İlıq su: Soyuq suya görə mədəni daha yavaş tərk edər. Zəruri ehtiyaclar baxımından ilıq su daha yaxşıdır. 

Çobanyastığı çayı: Çox gərginsinizsə, stress səviyyənizi azaltmaqda köməkçi olar.

 

ŞƏRH YAZIN