İş yerində stress yaradan amillər

0
2007
İş yerində stress yaradan amillər

Həqiqətən iş həyatında işə can yandıran işçilər öz maraqlarını və ya tabeliyində olan müdirlərin tapşırıqlarını təmin edərkən müxtəlif çətinliklərlə üzləşdikdə onların daxili dünyasında əsəb və gərginliklər ilmüşahidə olunur. 

Hər hansı tapşırığı yerinə yetirərkən həddindən artıq məsuliyyət altında olmaq, vəzifələrin bölgüsündə ədalətli olmadıqlarını düşünmək (özünə tənqid halları və s.), karyera irəliləyişlərində hansısa problemlərin olacağından ehtiyatlanmaq, kollektivə arzu olunan səviyyədə uyğunlaşmamaq, aldıqları maaş və ya pul mükafatlarının yetərli olmaması, tabeçiliyində və ya tabeliyində olan şəxslərlə rəftarda vacib olmayan ya da ümumiyyətlə mövcud olmayan problemlərin şişirdilməsi, ədalətsiz tənqidlər və ya təhriklər, kollektivdə bəzi şəxslərin onlar haqqda qeybət etməsi, vacib məlumatların vaxtında ötürülməməsi və buna görə aldıqları müxtəlif iqtisadi sanksiya və ya töhmətlər stressə gətirib çıxaran səbəblərdir.

Əgər söhbət ən yüksək vəzifəli idarəedicilərdən, mütəxəssislərdən və məsuliyyəti həddindən artıq böyük olan işlərə rəhbərlik edən şəxslərdən gedirsə, bu halda, tabeçiliyində olanların yetərincə səmərəli iş görmədikləri səbəbi ilə kollektivdə az da olsa müxtəlif səpgili problemlərin mövcudluğu, alt qrupların problemləri, maliyyə və sərmayə işlərində dəqiq planlaşdırma məsələləri ilə bağlı çətinliklər qeydə alınır. Buna görə də, vəzifəli şəxslərin məsuliyyətləri, vəzifələri ağır, şərəfli və müqəddəs, görüləcək işlərin miqyası böyük, həyatiliyi isə olduqca vacib və önəmli olduğundan, onlar, adətən, rəhbərlik etdikləri işçilərdən daha çox stressə düşürlər.

 

ŞƏRH YAZIN