Karyera Dəyişikliyində Edilən 9 Böyük Səhv

0
2511
Karyera Dəyişikliyində Edilən 9 Böyük Səhv

Karyeranı dəyişmək heç bir zaman asan deyil. Çox insan ağlınızı qaçırmısınız deyər, bəziləri bir daha iş tapa bilməyəcəyinizi deyər. Qohumlarınız "Mən sənə demişdim" cümlələrinə başlayar. Bütün uğursuzluqlara baxmayaraq, şansınızı yoxlamalısınız.

Məhz bu prosesdə heç vaxt etməməlisiniz deyəcəyimiz 9 səhv:
 
1.Sizə Uyğun Gəlməyən Yüksək İxtisaslara Baxmayın
 
Hər hansı bir yaxın qohumunuzun dar paltarı üstünüzə olmayacağı üçün sınamazsız. Eyni şey iş üçün də keçərli. İnsanlar sənə kömək etməyə çalışırlar. Amma hər zaman verdikləri tövsiyələr doğru və ya sizə uyğun olmaya bilir.Seçimlərinizi yaxşı düşünün. Nəyi həqiqətən istədiyinizə və nəyi edə biləcəyinizə qərar verin.
 
2.Dostunuz Razıdı Deyə Bir İşi Seçməyin
 
Öz sahəniz bağlı şeyləri oxuyun, araşdırın, Network qurun. Sizin məktəbinizdən məzun olan insanlarla, dostlarınızla, ailənizlə danışın. Özünüzə nəyin daha uyğun olduğunu bu göstəricilərə uyğun seçin.
 
3.Bildiyiniz Məsələlərin Üstündə Çox Durmuyun
 
Etmək, ya da işləmək istədiyiniz məsələ ilə bağlı perspektivinizi genişləndirin. İş təriflərini oxuyun, araşdırın.
 
4.Pulu, Qərar Faktoru Etməyin
 
Pul qazanmaq həyatda əhəmiyyətli bir faktordur. Karyerasını dəyişmək istəyənlər üçün də bu çox əhəmiyyətli bir faktor təbii ki amma əsla kifayət deyil. Pul qədər, şəxsi razılığınızı da birinci plana qoyun.
 
5.Məsləhətlərə Qulaq Asmadan Hərəkət Etməyin
 
Bəli, qərar sizin ola bilər amma ətrafınızdakı təcrübəli insanlarla da danışaraq bir şey itirməyəcəksiniz.Yoldaşlarınız, müəllimləriniz, böyükləriniz sizə yardım etmək üçün hazırdı.Bu insanlarla danışmaq perspektivinizi genişləndirə bilərsiniz.
 
6.Müxtəlif Sahələrdə Sınaqlar Keçirmədən Məktəbə Geri Dönməyin
 
Təcrübə keçmək üçün heç vaxt yaşlı deyilsiniz, sınamaq istədiyiniz sektorda könüllü olaraq işləyə bilərsiz. Təcrübə almaq üçün bir çox yol var. Yalnız əmək xərcləməyiniz lazımdır.
 
7.Şirkətləri Araşdırarkən Diqqətli Olun
 
Özünüzə uyğun iş tapmaq istəyirsinizsə, yaxşı bir araşdırma aparın. O sektorda çalışan insanlara məsləhətləşin, təkliflərini alın. Karyera dəyişikliyinə açıq olan şirkətləri araşdırın.
 
8.Karyera Müşavirləri ilə Məsləhətləşin
 
Karyera məsləhətçiləri, sizə yol göstərir, sizin üçün araşdırma aparır. Amma siz də öz başınıza araşdırma aparmalısınız. Kimsə sizə xəyallarınızı həyata keçirmək sözü verə bilməz və təhlükələri qarşınızdan qaldıra bilməz.
 
9.Dəyişikliyin Bir Gecədə Olmasını Gözləməyin
 
İşinizi dəyişməyiniz ən az altı ayınızı alır, hətta bu müddət 1 ilə qədər uzana bilər. Bu üzdən tələskənlik etməyin və qarşınıza çıxacaq fürsətləri izləyin!
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN