Karyeranızı məhv edə biləcək 10 pis vərdiş

0
2042
Karyeranızı məhv edə biləcək 10 pis vərdiş

Ofis əməkdaşının ən qəddar düşməni onun özüdür. Bu barədə Avstraliyanın “News.com.au” saytı xəbərdar edir. Sayt karyeranı korlaya və ya tamamilə məhv edə biləcək 10 pis vərdişin siyahısını hazırlayıb:

1. Ziyafətlərdə qədərini bilmədən içki içmək (“Əlinizdə qədəhlə konfrans zalında yaxalanmağınız pisdir”).

2. Faydalı tanışlıqları işə salmaq ehtiyacını unutmaq (“Sizin peşəkar tanışlıqlarınız sizin kapitalınızdır. Biznes-məşqçi Monika Kinerson məsləhət görür ki, müdirə yaltaqlanmaq vacib deyil, amma ön sıralarda olun”).

3. Çox cəsarətli vədlər, verilən sözün yerinə yetirilməməsi və ya yalandan qaçın.

4. Özünü tənqid etmək haqqında xahiş etmək, amma sonradan küsmək düzgün deyil.

5. İşçi poçt qutusundan şəxsi yazışma aparmaq lazım deyil.

6. Gördüyünüz işin öz-özlüyündə guya sizin barənizdə danışdığını düşünmək olmaz. Öz nailiyyətlərinizdən danışmağa qorxmayın.

7. Sosial şəbəkələrdə açıq danışmaq. Məsələn, sizin iş buraxmağa qərar verdiyiniz barədə aləmə car çəkmək lazım deyil.

8. Öz təhsilinizin səviyyəsi ilə kifayətlənməyin, çünki texniki tərəqqidən geri qalmaq riski mövcuddur.

9. Müdirlə dalaşmaq və qapını çırpıb çıxmaq.

10. Kimlə gəldi çox bərkdən danışmaq: “Ofis Makiavellinin və Braziliya sabun operalarının üslubunda intriqalardır”

 

ŞƏRH YAZIN