Komandanın birlikdə nə dərəcədə yaxşı işləyəcəyini müşahidə etmək üçün aparılan arşadırma zamanı onların bacarıqları yoxlanır.Belə ki,aşağıda qeyd etdiyimiz məqamlar komanda işində yaxşı nəticə üçün önəmlidir.Odur ki,siz də bilin:
1.Dinləmə
Bu komandada olan tələbələr bir-birlərinin fikirlərinə qulaq asırlar.Siz tələbələrin bir-birlərinin fikirlərini dəstəklədiklərini görəcəksiniz.
2.Sorğu-sual
Bu komandadan olan tələbələr bir-birlərinə sual verirlər.Siz tələbələrin komandanın bütün üzvlərinə interaktiv,müzakirə edilən və izahedici suallar ünvanladığını müşahidə edəcəksiniz.
3.İnandırma
Bu komandanın tələbələri inandırmadan istifadə edirlər.Siz tələbələrin fikirləri mübadilə etdiklərini,öz fikirlərini müdafiə etdiklərini və onları yenidən düşündüklərini görəcəksiniz.
4.Hörmət
Bu komandanın tələbələri digərlərinin fikirlərinə hörmət edirlər.Siz tələbələrin digərlərinin fikir və cəhdlərini dəstəklədiklərini və müdafiə etdiklərini müşahidə edəcəksiniz.
5.Yardımlaşma
Bu komandadan olan tələbələr bir-birlərinə kömək edirlər.Siz tələbələrin bir-birlərinə kömək təklif etdiklərini görəcəksiniz.
6.Mübadilə
Bu komandanın tələbələri şərikdirlər.Siz tələbələrin bir-birlərinə ideya və onların nəticələri barədə hesabat verdiklərini müşahidə edəcəksiniz.
7.İştirak
Bu komandadan olan tələbələr işdə iştirak edirlər.Siz hər bir tələbənin layihəyə töhfə verdiyini görəcəksiniz.
Korrektə etdi: Günel İbadova