Maaş artımına nail ol

0
2540
Maaş artımına nail ol

Heç kimə sirr deyil ki, kadrlar üzrə menecerlər işçiləri nə qədər stimullaşdırmaq istəsələr də, işçi üçün ən böyük stimullardan biri puldur. Pul nə qədər çoxdursa, işçinin işini dəyişmək fikri o qədər də azdır. Bir tərəfdən də “ağlamayana süd vermirlər” məsələsi aktualdır. Siz özünüz maaşınız barəsində maraqlanmasanız, rəhbərlik sizin hər şeylə qane olduğunuzu düşünə bilər.

Bu məsələyə olduqca diqqətli yanaşmaq lazımdır. Rəhbərliyə maaş artımı haqqında planlı şəkildə fikrinizi bildirməlisiniz. Maaş artımı istəyinizin səbəblərini də açıq-aydın çatdırmalısınız. “Mən daha çoxuna layiqəm”, “Başqaları məndən çox alır” kimi arqumentlər inandırıcı deyil və siz sadəcə özünüzü rəhbərlik qarşısında gözdən salacaqsınız. Arqumentlər konkret olmalıdır – inflyasiya, sizin peşənin maaş səviyyəsi, iş çoxluğu, ixtisaslaşma və s.

Arqumentləri əsaslandırmaq üçün analitik material hazırlanmalısız. Xüsusi mənbələrdən istifadə edərək sizin peşənizin hazırki maaşı barəsində öyrənin. Şirkətin imkanları barəsində danışarkən öz barənizdə, savadınızdan tutmuş şirkətdə işlədiyiniz müddətə qədər söhbət açın. Analitik material hazır olandan sonra konkret rəqəmlərə keçmək olar. Nə qədər artım istədiyinizi, artıq siz rəhbərliyə getməmişdən əvvəl dəqiqləşdirməlisiniz. Qeyd edək ki, kosmik artımlar iş yerinin itirilməsi üçün risklidir.

Strategiyanızı müəyyən edin. Verilə biləcək hər bir suala hazır olmalısınız, əks halda rəhbərlik qarşısında gülünc bir vəziyyətə düşə bilərsiniz. Yaxşı olar ki, siz maaş artımı məsələsinə hər hansı bir uğurunuzdan sonra müraciət edəsiniz.

 

ŞƏRH YAZIN