Müsahibədə edilən yanlışlar

0
2029
Müsahibədə edilən yanlışlar

Yeni məzunların iş görüşmələrində ən çox etdiyi səhvlər:

1) Sıxılmış və ya özündən razı görünməyə çalışmaq: Bir neçə ay əvvəl oxuduğunuz yerdə ən diqqət çəkən adam siz ola bilərsiniz, amma iş verənlərin qarşısında hələ özünüzü isbatlamamısınız. Bunu unutmayın. Ona görə də ilk görüşdə sadə və rahat davranmağa çalışın.

2) Uyğunsuz geyinmək: Müsahibəyə gedərkən geydiyiniz paltar özünüzdə hiss etdiyiniz etibarı və işə verdiyiniz əhəmiyyəti göstərər. Mübağilədən uzaq, təmiz, ütülənmiş bir paltar seçim üçün ən yaxşısıdır.

3) Şirkət haqqında araşdırma etmədən görüşə gəlmək: İşə başlamağı düşündüyün şirkət haqqında heç bir məlumatın olmamasının üzrü yoxdur. Heç olmazsa şirkətin internet saytını yaxşıca araşdırın. Bir də Google-dan şirkət haqqında çıxmış xəbərlərə baxsanız, lap əla olar.

4) Mobil telefonu söndürməmək: Ola bilər ki, sizi axtaran çox olsun. Amma ciddi bir iş görüşündə telefonu səssiz rejimə qoymalısınız. Deyək ki, unutmusunuz və zəng gəldi. Üzr istəyərək telefonu söndürün və müsahibəyə davam edin.

5) Müsahibə zamanı yaxşı suallar soruşmamaq: Heç bir şey soruşmasanız, bu sizin maraqsız olduğunuzu göstərər. Əvvəlcədən sizin üçün maraqlı olanlar barədə suallar hazırlayın.

6) Dərhal maaşı soruşmaq: İlk görüşdə işəgötürən bəhs etmədən maaşı soruşmaq işdən çox puluyla maraqlandığı təəssüratını verir. 


7) Eyni şirkətdə bir neçə vəzifəyə müraciət etmək: Bəzi yeni məzunlar bir şirkətdə çalışmağı çox istədikləri zaman o şirkətdə hansı vəzifə boş olsa ona cv göndərir. O iş üçün uyğun xüsusiyyətlərə sahib olub olmadığına baxmadan. Sonra da "20 dənə işə müraciət etdim, heç birindən cavab gəlmədi" deyir. Unutmayın cv-zi, yalnız təhsil və bacarıqlarınıza uyğun işlər üçün yollamalısınız.

 

ŞƏRH YAZIN