O iş adamıdır???

0
1862
O iş adamıdır???

 İnsana baxaraq onun iş güc adamı olduğunu və ya ümumiyyətlə olmadığını çox asanlıqla anlaya bilərsən. Bunu şəxsin özündən soruşmadan da bunu öyrənmək mümkündür. 


Hara getsə, yanında iş görüşlərini qeyd etdiyi dəftərçəni aparır.

Dost-tanışla görüşəndə ilk sualı “İşdə nə var, nə yox?” olur.

Kurortda, dəniz kənarında rahat günəşlənəcəyi bir tətili vacib bir iş layihəsində iştirak üçün son dəqiqədə ləğv edir.

Ən çox sevdiyi filmlər “Wall Street” qismindən olanlardır.

Hətta ən ucqar və sivilizasiyasız yerdə olsa belə, telefonunla online iş konfransında iştirak etməyə can atır.

Karyera qurmaq ailə qurmaq planlarından öndə gəlir.

Rəfiqələri telefonda, adətən, ikinci xətdə gözləməkdən yuxuya gedə bilirlər.

Qarderobunda ağ köynəklərlə ciddi kostyumlar üstünlük təşkil edir.

Təqaüdə çıxacağı günün heç vaxt gəlib-çatmamasını arzulayır.

Xəstə vaxtı işə çıxa bilməyəndə vicdan əzabı çəkir, işsiz qalacağın barədə qorxunc yuxular görür.

ŞƏRH YAZIN