Ofis işi yoxsa frilans

0
1630
Ofis işi yoxsa frilans

İşləmək bir, işə getmək ikidir. Əgər işləməyin lazımlığında heç kəs şübhələnmirsə, hər gün ofisə gedib işləmək getdikcə ağlabatmaz olur. Bu səbəbədən də frilans işləyənlərin sayı gündən günə artır. Artıq bir çoxları nə ofisdə nə də evdə işləmək istəmirlər. İş yeri kimi neytral zonaları seçməyə üstünlük verirlər.

Frilans. Əlbəttə frilans işləyənlərin əksəriyyəti gənclərdi. InsightExpress Cisconun sifarişi ilə 14 ölkədə apardığı araşdırmaya əsasən, 10 tələbənin 7-si gündəlik ofisə getməyin mənasız bilirlər və yalnız əsas yığıncaqlarda iştirakı vacib bilirlər. İşləyən gənclərin də 69% bu yanaşma ilə tam razıdırlar. İşçilərin 63% korporativ şəbəkəyə ev kompüterlərindən, 51% isə mobil qurğularından çıxış olmasının tərəfdarıdırlar.

Artıq dünya üzrə işçilərin 57% ofisdən kənar korporativ şəbəkələrə çıxışa malikdirlər. Bunların 28% bunu dünyanın istənilən nöqtəsindən edə bilirlər. Kompaniyalar bunu etməyə məcburdur, orta statistikaya görə işçilərin 43% belə bir sistemin vacibliyini qeyd edirlər, 29% isə belə bir sistem olmasa işdən belə çıxmağa razıdırlar.

İş və azadlıq. Frilans işləyənlərin əksəriyyəti yaradıcı insanlardır: jurnalistlər, redaktorlar, dizaynerlər, tərcüməçilər, memarlar. Onlardan geri qalmayan İT-mütəxəssislərdir. Frilans iş artıq ev sərhədlərindən çıxıb parklara, kafe və restoranlara inteqrasiya edib. Buna səbəb kabelsiz internetin qloballaşması olub.

İş stoluna, kabelli kompüterlərə bağlı olmaq artıq dəbdə deyil. Siz gəlirsiz hər hansı bir kafeyə, uyğun masa seçib orada da bir fincan çay və WI-FI ilə işlərinizi görürsüz.

Amma unutmayın ki, frilans iş əldə etmək üçün siz yalnız rəhbərinizi buna inandırmalısız.

 

ŞƏRH YAZIN