Tək işçisi olan restoranda inanılmaz qiymətlər

0
2459
Tək işçisi olan restoranda inanılmaz qiymətlər

"Qadın karyerası" bir ideya kimi mahiyyət etibarilə qadına ənənəvi "mətbəx, məişət qayğıları" sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.

Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq. Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?

İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini - uşaq böyütməyi necə uyğunlaşdırmaq olar? Belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir. 

Qadın üçün iş seçərkən üstünlük verdiyi və ya məhdudiyyətlər olan zonalar hansılardır? Daimi "iş yoxsa ailə" ənənəvi dilemmasının müasir həlli necədir? 

Bəzi peşələr qadın üçün arzuolunandır. Bəlkə də əvvəldən bu peşələrə qadınlar üstünlük verdiyindən, ənənəvi olaraq, qadın peşələri hesab edilir. Elə peşələr var ki, işəgötürənlər məhz qadınları bu vəzifəyə götürür. Məsələn, katibə, ofis meneceri, prezident köməkçisi, mağazada satıcı, səhiyyə müəssisələrində tibb bacısı, xadimə və s. Bəzən elə hesab edilir ki, monoton texniki işlərdən ibarət, əmək haqqı aşağı olan işlər qadınlara aiddir. 

Lakin son zamanlar bəzi sahələrdə qadınlar heç də kişilərdən geri qalmayaraq, əvvəllər ənənəvi hesab edilən və fiziki qüvvə, dözüm tələb edən kişi peşələrinə də uğurla yiyələnirlər. Hazırda qadınlar arasında çoxlu cərrahlar, diş həkimləri, sürücülər, menecerlər, dizaynerlər vardır.

Kişi və qadın peşələrindən danışarkən bəzi statistik qanunauyğunluqları nəzərə almaq lazımdır. Mütəxəssislər belə hesab edirlər ki, bu gün hüquq bərabərliyi uğrunda mübarizədə qadınlar xeyli irəliləmişlər. Hətta bəzi yerlərdə kişilərlə qadınlar sanki yerlərini dəyişmişlər. Peşəkar fəaliyyətdə bu, özünü qadınların bəzi kişi peşələrinə yiyələnməsində, kişilərin isə, əksinə, qadın işlərinə keçməsində göstərir. Hazırda qadınlar nəinki biznesdə, siyasətdə də özlərini doğrultmuşlar. İndira Qandi, Marqaret Tetçer, Madlen Olbrayt, Angela Merkel, Hillari Klinton, Kondoliza Rays, Tansu Çiller və başqaları bunu dəfələrlə sübut etmişlər.

İndi qadınlar kişilərlə rəqabətdə istedad, enerji, peşəkarlıq parametrlərinə görə daha ön mövqeləri tutur. Sərhədlər yoxa çıxır. Müasir qadınlar kişi işlərini də uğurla görürlər. Əmək bazarı dəyişmişdir. Yaş, cins əlamətləri artıq ikinci plana keçir. Birinci yeri istedad, intizam, məsuliyyət, ünsiyyət, davranış tutmağa başlayır. Müasir işəgötürənlər kadrları seçərkən, ilk növbədə, ali təhsilli, iş təcrübəsi olan, zərərli vərdişlərdən uzaq olan intizamlı işçilərə üstünlük verir.

İşəgötürənlərin belə bir problemi mövcuddur: azyaşlı uşaqları olan anaları işə götürmək nə dərəcədə məqsədəuyğundur? Ümumiyyətlə, uşaqların doğulması gənc qadınların karyerasını nə dərəcədə ləngidir? Əvvəl ana olmaq, sonra karyera qurmaq, ya əksinə?..

İlk ana sevincini, zənnimizcə, heç bir karyera əvəz edə bilməz. Hələ yuxudan oyanan körpənin qığıltısı, balaca əllərinin hərarəti hansı qadını xoşbəxt etməyib?... Bəlkə əvvəl övlad böyütmək, sonra karyera qurmaq daha məqsədəuyğundur?!..

 

ŞƏRH YAZIN