Yeni biznesə başlamaq istəyirsiniz? Cari işinizi atıb sahibkarlar sırasına qatılmazdan əvvəl bütün səbəblərə baxmağınız məsləhətdir.
Ətraf
Dostlar, həmyaşıdlarınız uğurlu biznesləri ilə lovğalanırlar? Onların izləri ilə getməyə tələsməyin. Bəxt onların üzünə güldüyü kimi sizin üzünüzə gülməyə də bilər.
Şan-şöhrət
Fikirləşirsiz ki, biznesmenin həyatı qlamur yığıncaqlardan ibarətdir? Linkedin-in banisi Reyd Hoffman deyir ki, sıfırdan biznes uçurumdan düşmüş təyyarənin sıfırdan yığılmasına bərabərdir.
İdeya
Startap üçün ideya dərhal banka gedib kredit götürməyə səbəb deyildir. Belə ki, ideyaların yalnız 3%-i şirkətə çevrilir. Onların uğurlu olanları isə daha da azdır.
Özünüzə bu sualları ünvanlamağı unutmayın: Biznes üçün pulu hardan götürəcəksiniz, necə və nə qədər müddətə qaytaracaqsızınız? Bəs işi batırsanız neynəyəcəksiniz?
Gələcək sahibkarı nələr gözləyir?
Qazanc
Milyonçu olmazdan əvvəl bir neçə ili ancaq biznesin saxlanması üçün vəsait axtarışına sərf edəcəksiniz. Siz bir neçə il stabil gəlirsiz yaşamağa hazırsınızmı?
Fiasko
Bir çox sahibkarların uğursuzluqla üzləşdiyi bir faktdır. Bu, onların bazarın ritmini tuta bilməməsindən və lazımi anda dəyişiklik etməməsindən irəli gəlir. Əksər hallarda, bu cür bacarıqlar insanda təcrübə iləyaranır. Siz bunun üçün əsəb və pulunuzdan keçməyə hazırsınızmı?
Maliyyələşdirmə
Adətən, investorlar yoxlanılmış işlərə, perspektiv ideyalara sərmayə qoyurlar. Öz ideyanıza güvənirsiniz?
Uğurlu sahibkarın 3 xüsusiyyəti
Sıfırdan başlayan istənilən biznes özü ilə çoxsaylı problemlər də gətirir. Siz bu problemləri 100% həll etməyə hazır olmalısınız, əks halda işiniz alınmayacaq.
Hər şeyi həll etmək mümkün deyil. Bu zaman sizin ekstradan maliyyə dəstəyiniz olmalıdır. Lakin hər bir şeyi pulla həll etmək olmur. Özünüzə inanın və başladığınızı sonadək davam etdirin. Bu zaman uğur sizinlə olacaqdır.
Biznes problemləri gecə yuxunuzu qaçırır? Bu, biznesi sıfırdan başlamaq üçün işarədir.