Sizi pis müdir edən 8 vərdiş

0
2641
Sizi pis müdir edən 8 vərdiş

İş yerinizdə hər kəsin sizdən nifrət etdiyini heç hiss etmisinizmi? Hər kəs müdirlərindən nifrət edir, elədir? Məncə deyil. İşinizi düzgün qursanız, iş yoldaşlarınız yanınızda özlərini rahat hiss etsələr, problem yoxdur deməkdir. Yaxşı, nəyi səhv edirsiniz? Sizi pis müdir edən pis vərdişlərinizə nəzər salaq.

1. Düzgün münasibət qurmasanız, yanınızda çalışanların fikirlərini oxuya bilməzsiniz. O zaman onların sizin fikirlərini oxumasını gözləyirsiniz? Arada ünsiyyət anlaşılmazlığı olduğunda hər kəs narahat olur. İstəklərinizi dəqiq bir səkildə bildirmədikdən sonra onlara qəzəblənib auranı mənfiləşdirmənin bir faydası yoxdur. Bir neçə məsləhət: 

— Ünsiyyət üçün zaman ayırın. Gündə ən azı 15 dəqiqənizi çalışanlarınızla ünsiyyət və məlumatlandırma üçün ayırın. Onlarla danışın və müzakirələr edin.     

— İşi yaxşı təqdim edin: İşçilərinizə ancaq mənfi siqnallar yollasanız, sizə əhəmiyyət verməməyə başlayacaqlar. Onlara müsbət enerji verin.          

— İnsanların mesajlarınızı aldığından əmin olun: Dostlarınızla danışmazdan əvvəl düşünün və istədiklərinizi dəqiq bir şəkildə ifadə edə bilməyinizdən əmin olun. 

— İşçilərinizi dinləyin: Ünsiyyət yalnız sizin istəklərinizdən ibarət olmamalıdır. İşçilərinizin dediklərini dinləyin, ciddiyə alın və buna görə davranın.            

2.  Hazır olmadıqları müddət ərzində insanların vəzifələrini qaldırmayın: İnsanları yüksək vəzifəyə qaldırmaq çox yaxşı olsa da, buna hazır olmadıqlarında lazım olan nəticə alınmır. Bu işi tam görə bilməyən, stresli və digər işçilərə kifayət qədər köməkçi ola bilməyən insan olur. İnsanların vəzifəsini yüksəltməzdən əvvəl qabilliyyətlərini yoxlayın. İşçilərinizdən birinə bir günlük yerinizə keçməsini söyləyib nələri edə biləcəyini yoxlaya bilərsiniz. Bu kimi işləri onların görməsinə icazə verin və nəticəni görün. Bu işlərin bir qismini bələ görə bilməyən biri qətiyyən daha böyük bir mövqeyə keçməyə hazır deyildir.      

3. İşinizlə qürur duyursunuz? Güclü bir mövqedə olmaq gözəl bir hiss olsa da, bəzən insanların sizdən soyumasına səbəb ola bilər. Əgər həyatda mənəm-mənəm deyib, özünüzü yuxardan aparsanız, insanlara yuxardan aşağı baxsanız, böyük ehtimalla işçilərinizin gözündən düşərsiniz. Onlardan yüksək vəzifədə olmağınız, onlardan yaxşısınız demək deyildir! Çalışanlarınıza işlərinin ən azı sizinki qədər əhəmiyyətli olduğunu hiss etdirin. Onları təqdir edin. Nahar yeməyində birlikdə nahar etmənizdə böyük fayda olar.   

4. Hədəfinizi kifayət qədər paylaşmırsınız: Final layihənin necə olacağını başınızda yaxşı bir şəkildə müəyyənləşdirmiş ola bilərsiniz, amma işçiləriniz zehninizi oxuya bilməz! Onlardan nə gözlədiyinizi bildirməsəniz onlar da təqdimatı edə bilməzlər. Buna görə də layihənin A-dan Z-yə bütün detalları izah edilməlidir.    

5. Hər şeyi bildiyinizi düşünməyin: Çoxbilmişlik etməyiniz işçilərin canını sıxacaq. Əgər «Hər şeyi bilirəm!» ədası ilə çıxış etsəniz, işçiləriniz onları təhqir edə biləcəksiniz qorxusu ilə  sizə fikirlərini söyləməyəcəklər. Açıq fikirli olun və işçilərin öz fikirlərini dilə gətirməsinə icazə verin. Sizin bilmədiyiniz şeyləri biləcəklərini qebul edərək  bir çox şeyləri öyrənməyə çalışın.

6. İşçilərinizə azadlıq verin: Bəzi müdrlər elə pis qaydalar qoyurlar ki, işçilər özlərini hərbi sistemdə hiss edirlər. İşçiləriniz ilə sərt olmaqdan çəkinin və onlarla düzgün rəftar edin. Tədqiqatlar göstərir ki, sərbəst işləyən işçilər xoşbəxt, sağlam və məhsuldar olurlar. İşçilərə sərbəstlik verə biləcəyiniz bəzi sahələri qeyd edək:

— 9-5 arası iş saatları onları buraxın. İşçilərinizə öz proqramlarını sərbəst qurmağa şərait yaradın.

— Günorta yeməyi üçün müəyyən bir müddət təyin edin, amma hansı saatlarda yeyəcəklərinə işçilər özləri qərar versinlər.

— İş arasında işçilərin musiqi dinləməsinə icazə verin.

— İşçilərinizlə telefonda danışanda əsəbləşməyin. Qısa internet və mesajlaşma onları daha məhsuldar edə bilər.

 

ŞƏRH YAZIN