Yeni kollektivə qatılmaq ilk başlarda çox can sıxıcı olur. Həmin kollektivə ayaq uydura bilməmək, onlarla dil tapmaq bəzən çətin olur. Amma olur. Psixoloqların məsləhəti bu sahədə sizə yardımçı ola bilər. Hətta bu işin öhdəsindən çox asanlıqla gələ bilərsiniz.
1. Gülümsəyin. Amerikalıların rəyincə, həmişə gülümsəmək yeni işə gələnlərə olduqca çox yaraşır. Sizdə hər şey OK olacaq, siz özünüzə və öz gücünüzə arxayınsınız. Siz gümrah və yeni işə başlamaq üçün hazır vəziyyətdəsiniz.
2. “Qızıl orta” qaydasına riayət edin. Ünsiyyətə girməkdə könüllü olun, amma məsafə saxlamağı da unutmayın. Yadda saxlayın ki, hər kəsin öz “komfort” zonası vardır: bəziləri tanışlıqdan bir saat sonra, əlini sizin çiyninizə qoya bilər, digər isə yaponlar kimi məsafə saxlamağa üstünlük verər.
3. İşlə tanış olun. Hər şeydən öncə öz vəzifələrinizin nədən ibarət olduğunu hər tərəfli öyrənin. Siz dəqiq bilməliniz ki, sizdən məhz nə gözləyirlər. Öz işinizin hansı meyarlar ilə qiymətləndiriləcəyini dəqiqləşdirin. Bəzi şirkətlərdə əsas nəticədir, digərlərində isə 5 dəqiqəlik gecikmə.
4. Suallar verin. Sizin təhkim olunduğunuz, birbaşa müdirinizə hər hansı bir mövzuda sual verməkdən və ya sizə aydın olmayan məsələni izah etməyi xahiş etməkdən çəkinməyin. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.
5. Yeni həmkarlarınıza özünüzü təqdim edin. Qısa və mülayim şəkildə özünüz haqqında məlumat verin. Onlardan xahiş edin ki, yeni kollektivə uyuşmağa sizə kömək etsinlər. İnanın ki, əksər insanlar kömək etməyə səmimi qəlbdən şad olurlar, xüsusən də əgər onlardan kimsə bunu açıq ürəklə xahiş edərsə. Özünü müəllim və ya nəsihət verməyi bacaran biri kimi hiss etmək əksər insanların xoşuna gəlir, bu nüansdan yararlanın.
6. İlk olaraq salamlaşın. Bu ən azından elementar nəzakət qaydasıdır. Öncədən müəyyən məkanda olanlara, sonradan ora daxil olan insan salam verir.
7. “Korrektor” olmayın. Məsələn, "bizim şirkətdə isə bunu belə edərdik, o daha yaxşı idi" və.s. Çalışın ki, əvvəlki kompaniyanıza (keçmiş iş yerinizə) hər dəfə istinad etməyəsiniz.
8. Təvazökar geyinin. "İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar" ifadəsi hələ də qüvvədədir. Yeni iş yerində "boz siçan" olmaq və ya "hamının gözünü qamaşdırmaq" heç də uğurlu taktika deyil və adaptasiya üsulu kimi çətin sizə kömək edə bilər.
9. Əl uzadın. Fürsətdən isitifadə edib yeni həmkarlarını hər hansı bir hadisəni qeyd etməyə dəvət edin. Bu bəhanə ad günü, yubiley, bayram və.s qeyd edcəyiniz məkan isə kafe və ya ofisin özü ola bilər. Bu zaman həmin kollektivdə indiyə qədər mövcud olan adətləri nəzərə alın. Münasibət qurmaq üçün çox uğurlu addım hesab olunur, amma yenə də həddi aşmayın.
10 Öz xarakterinizi göstərin. Əgər hiss etsəniz ki, sizi "mobbinq"ə məruz qoyurlar və ya sınağa çəkirlər, təslim olmayın. Özünüzü əzdirərək hörmət qazana bilməzsiniz. Qəti və sakit şəkildə bildirin ki, hamıya kömək etməyə hazırsınız amma bəzi işlər (ofisin yığışdırılması, bəzi növbədən kənar növbələr və.s ) sizin vəzifə öhdəliklərinizə daxil deyil. Həmkarlarınızdan xahiş edin ki, belə iş bölgüsündə ədalətli olsunlar.
Korrektor: Əliyeva Aynur