Təhsildə sosial həyat koçluğu

0
1805
 Təhsildə sosial həyat koçluğu

Koçluğun bütün  sahələrdə effektiv fəaliyyəti və uğurlu nəticələri olduğu kimi, təhsil sektorunda  (Student coach)  və  sosial həyat sektorunda da (Sosial life) adı altında fəaliyyəti mövcuddur.Koçluq “Couch” insanların şəxsi həyatında  fərqindəlik yaradan, uğurlu gələcəyə istəkli olanlar  üçün  hədəflərə nail olmağın ən qısa.effektiv yolunu  göstərən bir sənətdir. 

Uğurlu gələcək və sağlam cəmiyyətin təməli, məhz effektiv təhsil ilə reallaşa bilər. Sağlam  təhsil  güclü iqtisadiyyat, güclü ordu və güclü dövlət deməkdir.Əks halda təhsildə nəticələr effekt verməzsə, gələcəkdə cəmiyyətin fəlakətlərlə üzləşməsi qaçılmazdır. Əbəs yerə deyilməyib ki, bir millətin süqutu  təhsilin,dilin və mədəniyyətin süqutu deməkdir.
 
Tanınmış orta və ali təhsil müəssisələri, 3 sütun təhsil,tərbiyə və sosial həyat üzərində qurulmuş təhsil ocaqlarıdır.Bu təhsil ocaqlarının məqsədi savadlı kadrla yanaşı,sağlam,vətənpərvər, öyrəndiklərini müəllimlərsiz həyata keçirən,üzərinə düşən məsuliyyətdən maksimum istifadə etməklə tək,sərbəst qərar verən və effektiv nəticə çıxararaq uğur qazanan cəmiyyət üçün faydalı olan sosial insan yetişdirməkdir.
 
Həyatımızda keçid dövrü,davranış,ünsiyyət,özünə inam,müstəqil həyat,məqdsəd yönlük,liderlik,komanda ruhu və s. kimi eşitdiyimiz terminlərin hamısı məhz orta və ali təhsil  illərində formalaşır.Bir sözlə şəxsiyyət sosiallaşır və bu üç istiqamətdə fəaliyyət,ünsiyyət və özünü dərk etməklə baş verə bilir:
 
Xatırlatmaq istəyirəm ki, doğru və yalnış seçimlərdə təhsil  ərəfəsində baş verir.Bu çaşqın,təhlükəli.dolaşıq məqamda Student və Sosial life koçlarının rolu əvəzsizdir.Ümid edirəm ki, orta və ali təhsil müəssisələrindəki neqativ hallara,   qısa zamanda son qoyulacaqdır.
 
Əliyev Ramiz
Yaşam Koçu

ŞƏRH YAZIN