Fərdi inkişafımız bizlərdə çox kiçik yaşlardan etibarən xarici təsirlərin köməyi ilə inkişaf edir və formalaşmağa başlayır. Bunun belə olmasını bizmi istəyirik? Yoxsa ətraf və inanc faktorları bizi formalaşdırır?
Hamımız fərqli fərqli ailələr də doğulmuş ola bilərik, fərqli irəliləyişlər göstərmiş ola bilərik. Bəs görəsən biz özümüz bunu istəyirik? Öyrəndiyimiz dəyərlərin nə qədərini istifadə edib, həyatımıza keçiririk?
Həyat yalnız təkrardan ibarətdir. Təkrar təkrar yaşayırıq, öyrənirik, sinifdə qalırıq, bir daha yaşamağı istəyirik. Niyəmi? Fərdi inkişafımız tamamlamaq üçün.
Ailəmiz, ətrafımız, məktəb, universitet həyatımız bizi öz istədikləri kimi şəkilləndirməyə, başqa cür desək, bir tort hazırlamağa çalışır. Özlərinə görə, şəkəri unu nizamlayıblar. Biz bu tortdan nə qədər xoşbəxtik? Dadını sevirikmi?
Hazırlanan tortu pozub, yenidən hazırlamağa nə deyirsiniz? Məsələn, bir az daha şəkər, un, meyvə qatıb hazırlasaq, necə?
Şəxsi inkişaf bir prosesdir. Fərdi inkişaf Koçluğu ilə özünüz yenidən kəşf etməyə, özünüzə doğru yeni bir səyahətə nə deyirsiniz? Fərdi inkişaf Koçu sizə məqsədlərinizə gedən yolda yoldaşlıq edər. Səfərboyu yanınızda olar və qarşılaşdığınız əngəlləri, maneələri qaldırmaqda sizə yardımçı olar.