Liderlik Və Koçluq

0
1187
Liderlik Və Koçluq

Koçluq sistemi, insanların və təşkilatların bugünkü vəziyyətləri ilə gələcəkdə olmaq istədikləri mövqe arasında məsafənin, diqqətin hədəfə yönəldilməsi ilə həll edilməsidir. 

Koçluq sistemi, fərdlərə və ya təşkilatlara ən yaxşı nəticəni əldə etmək üçün dəstək olan professional bir əlaqə müddətidir. Doğru cavabları insanın özü tapması, öz dəyərləri ilə hərəkət etməsi və tətbiq zamanı öz qabiliyyətlərini istifadə etməsi öyrəndiklərini daha da səmərəli edər.
 
İnsan – davranış, düşüncə və hisslərin bir vəhdətidir. Hər bir kəs, öz duyğuları ilə və öz inandığı kimi həyatına davam edər. Koçluq sistemi bu anlayışdan yola çıxaraq, özünüz üçün, özünüz haqda fikirləşməniz, öz doğrularınızı tapmağınız, bu istiqamətdə planlar qurmağınız və bu planların istiqamətində sistematik olaraq irəliləməniz üçün sizə mühit və zaman verir.
 
Koçluq sistemi, dəyişmə, inkişaf və tərəqqinin ən sürətli və ən təsirli üsuludur.
 
Koçluğun işə təsirləri nələrdir?
Koçluq, dəyərlərin və hədəflərin qiymətləndirilib, yenidən formalaşdırıldığı bir elm olduğu üçün, hər keçən gün daha da çox insanlar tərəfindən qəbul edilir.
 
Bir şirkətin, məhsul və xidmətlərinin keyfiyyəti, şirkətin insanlar arasındakı bacarıqlarının əks olunması olaraq görünən bir mühitdə, bəzi şirkətlər koçluğa meyl göstərir. Koçlar, işçilərin məsuliyyət qazanmaqları üçün şirkətlərə kömək edirlər. 
 
Koçluq sistemi, eyni zamanda dünyanın ən böyük 500 şirkətinin sərhədlərini ötüb keçmişdir. Sahibkarlar, istehsal sənayesi, kiçik biznes və ictimai təşkilatlar işlərini inkişaf etdirmək üçün koçluğu mənimsəmişlər. Xüsusilə, yüksək texnologiya sahəsindəki sahibkarlar, əlaqələrini inkişaf etdirmək, fikir mübadiləsi etmək və personalı idarə etmək üçün koçlar ilə işləyirlər.    
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN