Münasibətlər və Ünsiyyət Koçluğu

0
1829
Münasibətlər və Ünsiyyət Koçluğu

 Həyatda hər kəs davamlı ünsiyyət və münasibət şəbəkəsi içindədir.


İş və şəxsi həyatda uğur və uğursuzluq əslində ünsiyyət və əlaqələrdəki müvəffəqiyyət və müvəffəqiyyətsizliyin birbaşa əks olunmalarıdır.

Bu mənada şəxsi həyat və karyera birbaşa əlaqə və ünsiyyətin bir nəticəsidir.

İşdə, dostlarla əlaqədə və ya münasibətiniz olan özəl insanla xoşbəxt yada bədbəxt olmaq da əlaqə və ünsiyyət bacarıqlarınızdan keçər.

Hər kəsin əlaqə və münasibətlərini idarə etmək üçün qüvvətli və zəif xüsusiyyətləri vardır.

Münasibət və ünsiyyət Koçluğu əlaqə və ünsiyyət qabiliyyətlərinizdəki zəiflikləri gücləndirmək, güclü tərəflərinizi də nizamlamaq üçün nəzərdə tutulmuşdur.

Bu mənada Münasibət və Ünsiyyət Koçluğu;

- Əvvəl özümüzə qarşı dürüst olmağımızı,

- Problemləri "böyütmədən" və "şişirtmədən" həll etməyimizi,

- İstədiyimiz kimi ancaq balanslı yaşaya bilmək üçün əlaqələrimizin məsuliyyətini almağımızı və nəhayət

- Doğru və təsirli ünsiyyət qura bilməyimizi təmin edər.

Özümüzə qarşı "dürüst" suallar soruşa bilmə bacarığı ilə başlayan Koçluq münasibət və ünsiyyətimizə fokuslandığı zaman aşağıda nümunələri verilən problemlərin həllərinə köməkçi olur.

- İlk dəfə necə əlaqə quracağımızı niyə bilmir və tərəddüd edirik?

- Çevrəmizdəkilerlə asan ünsiyyət qura bilirikmi?

- Özümüzü doğru və dəqiq ifadə edə bilirikmi?

- Ümumiyyətlə, əlaqələrimizdə çətinliklər yaşayırıqmı?

- Münasibətlərimiz "nizamlı"dırmı? "Nizamsızlıqların fərqinə varırıqmı?

- Münasibətlərimizdəki balanssızlıqların bütün həyatımıza əks olunduğunun fərqindəyikmi?

- Əlaqələrimizi tam bir "xaosa" aparan asılılıq və qayğılarımızı (istəsəniz qayğı yerinə "qorxu" da deyə bilərsiniz) tam fərqindəyikmi?

- Əlaqələr və ünsiyyətimizdəki maneələrin və təzyiqlərin fərqindəyikmi?

- Ünsiyyətimizi təmin edən təməl duyğularımızın güclü və zəif istiqamətlərini bilirikmi?

- Bizə mane olan və təzyiqləri yaradan duyğularımızı bilirikmi?

- Əlaqə və ünsiyyətimizdə "qırılma nöqtələri"ni bilirikmi? Fərqindəyikmi? Hazırıqmı?

ŞƏRH YAZIN