Siyasət Və Seçim Koçluğu

0
2028
Siyasət Və Seçim Koçluğu

Siyasət, bir idarəetmə sənəti və elmdir. Sağlam və müvəffəqiyyətli bir siyasət yürütmək üçün, siyasətçinin akademik və sosial bilikləri kifayət qədər olmalıdır. Bununla belə, dəyişən və inkişaf edən cəmiyyəti məmnun etmək və müvəffəqiyyətli bir siyasətçi olmaq üçün, siyasətçilərin və xüsusilə də, millət vəkili seçilmək istəyən namizədlərin, yüksək təhsilli olması lazımdır. Bu təhsillərdən ən əhəmiyyətlisi – təsirli danışma, insanları tanıma, özünə inam, liderlik, bədən dili və stresin idarə edilməsidir. 

Seçim yolunda olan hər bir siyasi namizədin malik olmalı olduğu xüsusiyyətlər:
 
-Bir siyasi namizəd ilk öncə, ‘’biz’’ şüurunu daşıyan və namizədin hədəfinə tam olaraq inanan insanlardan ibarət olan bir qrupla yola çıxmalıdır.
 
-Seçimlərə hazırlanan hər kəs ‘’Ünsiyyət sehirbazı’’ olmalıdır. Yalnız cilalanmış sözlərin və hər yerdə eyni işarələrin işə yaramayacağını bilməlidir. 
 
-Hər şeyi həmin andakı vəziyyətə görə dəyərləndirməlidir. 
 
-Namizədlər ənənəvi bədən dili davranışlarından qaçmalıdırlar. Bu tip davranışların seçici üzərində etibarsızlıq və sünilik yaradacağını bilməlidir. 
 
-Duyğu olmadan davranışın da olmayacağını unutmamalıdır. Bir namizəd düşüncələrinə nəzarət etməyi öyrənməlidir.
 
-Namizəd, sözlərin çox güclü olduğunu unutmamalıdır.
 
-Namizəd, ünsiyyətdən təsirli istifadə etməlidir. Seçicilərin təmsil sistemlərinə görə davranış qəlibi inkişaf etdirməli və tətbiq etdirməlidir.
 
-Namizəd  stress, hiss, həyəcan, narahatlıq, qayğı və bu kimi mənfi düşüncələrdən uzaqlaşmalıdır.
 
-Namizəd, ünsiyyətdə olduğu seçicilərin hər birinin, fərqli qəbul etmə filtrlərinə sahib olduğunu bilməlidir.
 
-Namizəd, insanların fərqli metaproqramlara malik olduğunu bilməli və ona görə hərəkət etməlidir.
 
-Namizəd, hər yerdə qorxu, həyəcan, stress və gərginlikdən uzaq olmalıdır.
 
-Namizəd başqalarının görə bilmədiyi doğruları görə bilməlidir.
 
-Namizəd seçimə gedən yolda, işləri doğru etmək əvəzinə, doğru işləri etməlidir.
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN