Yaşam Koçluğu

0
2039
Yaşam Koçluğu

Yaşam koçluğu nədir? Koç, nəzərdə tutulan nəticəyə çatmaq üçün, insanın öz doğrularını tapması üçün, lazımi müddətdə ən yaxşı nəticəni əldə etmək üçün insana kömək edən şəxsdir. Koç, koçluq etdiyi insana şərtsiz sevgi ilə yaxınlaşar. Yardım etdiyi insanı heç bir zaman mühakimə, tənqid və analiz etməz. Koçluqda gizlilik prinsipi əsasdır. Koç, seans zamanı öz gündəmini, həyatını bir kənara qoyar. Koç, bütün iç səsini sakitləşdirər. Səhnədə yalnız danışan vardır, proyektor – mərkəz danışanın üzərindədir. Hər seansın sonunda insanda mütləq dəyişmə olmalıdır. Dəyişmə – yenilik yaratmamış bir seans artıq koçluq deyildir. Koç, özünü davamlı olaraq yeniləməlidir.

Yaşam koçluğu isə ən sadə izahla, xəyallarınızı planlara, planlarınızı da həqiqətə çevirməkdir. Koçun məqsədi, qərarsız qaldığınız bir zamanda və çox çətin bir vəziyyətdə qaldığınızda, sizi həmin çətin vəziyyətdən xilas etməkdir. Bunu edərkən, sizə yeni baxış mövqeləri də qazandırar. Eləcə də heç fərqində olmadığınız və bu günə qədər heç istifadə etmədiyiniz bacarıqlarınızı ortaya çıxarar və sizə yeni bir həyat istiqaməti bəxş edər. Koçluq seanslarında nə üçün? və niyə? suallarını soruşmayın. Keçmişə baxmayın. Hal-hazırda, olduğunuz nöqtədən, çatmaq istədiyiniz nöqtəyə necə çatacağınıza diqqətinizi yönəldin. 
 
Yaşam koçluğu, ağıl və ruhi sağlamlığı yerində olub, həyatda gəldiyi nöqtədə özünü bədbəxt hiss edən, axtardığı istiqaməti tapa bilməyən, ya da o istiqamətə necə çatacağını bilməyən insanlar üçündür. 
 
Yaşam koçluğunda, koçun doğruları deyil, sizin doğrularınız həyata keçirilir. Yaşam koçu bir rəhbərdir. Hədəfə çatmağınız, ancaq koç ilə birlikdə vaxt keçirmək, planlaşdırılan həftəlik öhdəlikləri yerinə yetirməklə mümkün olar. 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN