İş yerinizdə yaxşı bir lider olmaq üçün sahib olmalı olduğunuz xüsusiyyətlər

0
2154
İş yerinizdə yaxşı bir lider olmaq üçün sahib olmalı olduğunuz xüsusiyyətlər

Hansı sahədə olursa olsun hər bir şirkət daima ən yaxşı işçi axtarışındadır. İşçilər də karyeraları boyunca müxtəlif şirkətlərdə çalışaraq özlərini inkişaf etdirmək, irəliləmək istəyirlər. Onlar bu müddətdə  işçisindən rəhbərinə qədər bir çox vəzifədə və müxtəlif şirkətlərdə çalışırlar. Ən sonda uzun iş saatları və çəkilən zəhmətin qarşılığını alıb rəhbər vəzifəsinə keçəndə sizin öhdəliyinizə bir çox iş və yeni məsuliyyətlər düşür. 

Rəhbərlər işçilərin istəklərini bilməli və ona uyğun hərəkət etməlidirlər. Çünki, işçilərini dinləməyən, onlarla kobud rəftar edən və sahə ilə bağlı yeniliklərdən xəbərsiz olan rəhbər, işçilər tərəfindən sevilmir. Rəhbərlərin yaxşı bir lider olmaq üçün sahib olmalı olduğu xüsusiyyətlər bunlardır...
 
Texnologiya sahəsində özünüzü inkişaf etdirin
Bütün sahələr öz içlərində bir-birləriylə rəqabət aparır və buna görə hər müəssisə fərqlənmək üçün yeni texnologiyalardan istifadə edir. Bu səbəbdən işinizdəki yeniliklərlə ayaqlaşmağınız vacibdir. Nəyin tələbatda olduğuna diqqət yetirməlisiniz. Yaxşı bir lider olmaq üçün, lazım olan texnologiyaları əvvəlcə özünüz yaxşı tanımalı və işçilərinizə də yol göstərməlisiniz.
 
Tarazlığı qoruyun
“İdarə etmək” bir lider üçün ən vacib sözlərdən biridir və lider kimi komandanızı, vaxtınızı və bütün imkanları yaxşı bir şəkildə idarə etməyi bacarmalısınız. İşə əvvəlcə işçilər və onlara ayırılmış aparatlar arasındakı uyğunuğu anlamaqla başlayın. Bu, aparatların vacibliyini və yüngül işlərin maşınlarla necə avtomatlaşdırıla biləcəyini anlamaq üçün önəmlidir. Gələcəkdə də yaradıcılıq, yenilik və xəyal gücü bir arada olacağına görə, indidən bütün bunlar arasında tarazlıq yaradın.
 
Qalıcı əlaqələr yaradın
Lider olmaq, doğru əlaqələr yaradıb işlərin yolunda getməyi üçün rəhbərlik etmək deməkdir. Buna görə, əvvəlki iş yerinizdə birlikdə işlədiyiniz insanlarla, müşdərilərlə və digər tanışlarla heç vaxt əlaqəni itirməyin. Nə zaman bir çətinliklə qarşılaşsanız bu insanların birindən kömək istəyə biləcəyiniz yadınızdan çıxmasın. Xüsusən, öz sahənizdən olan insanları tanımaq və onlarla əlaqə qurmaq sizə bir çox işdə kömək edəcəkdir.
 
Doğru düşüncəni yaradın
Çiyinlərinizdəki ağır liderlik yükünü öhdənizə götürəndə layihələrin davam etdirilməsinə və iş yükünə qarşı dözümlü olmalı, işçilərinizi motivasiya etməlisiniz. 
 
İşçilərin motivasiyasını hər şeydən üstün tutun
Yaxşı bir lider empatiya quraraq işçiləri və komandasıyla daim əlaqədə olmalıdır. İşçiləri başa düşən lider, motivasiya artırmağı da özünə vəzifə etməlidir. Xoşbəxt və motivasiyası yüksək bir işçinin sizin işinizi də asanlaşdıracağını bilməlisiniz.
 
 
Tərcümə etdi: Arzu Novruzova
 

ŞƏRH YAZIN