Liderlərə Tövsiyyələr!

0
2154
Liderlərə Tövsiyyələr!

Həyatınızın bütün sahələrində özünüzə məqsədlər təyin edin.

Şəraitləri, imkanları özünüz yaradın, gözləməyin ki, onlar sizin ayağınıza gəlsinlər.

Yumorla yaşayın. Əgər nə isə alınmırsa, ona gülməyə dəyər.

Özünüz, insanlar, taleyiniz üzərində eksperimentlər aparın. Uğursuzluqlar yaddan çıxacaq, qələbələr isə tarixə keçəcək.

Optimist olun. Daim özünüzdən “Bəlkə elə hər şey alındı?” sualını soruşun.

Öz həyat qaydalarınızı kəşf edin və onlar əsasında yaşamağa çalışın. Oyunda hər kəsdən yaxşı oynayan deyil, oyunun qaydalarını təyin edən qalib gəlir.

Özünüzə və sizin ardınızca gedənlərə inanın.

İnsanları sevin. İnsanların bir yarısı buna görə sizə heç nə ilə cavab verməyəcək, bir yarısı isə götürdüyündən üç qat artığını verəcək.

Öz qabiliyyətlərinizi tanıyın və həyatınızı onlar ətrafında qurun. Digər insanlara da öz qabiliyyətlərini kəşf etməyə kömək edin.

Öz işinizin bir parçasını insanlara etibar edin. Bütün işi özünə götürmək, bütün pulları mənimsəməkdən daha böyük cinayətdir.

Öz gününüzü planlaşdırın. Lider öz gününü özü üçün şəxsən özü planlaşdırır. Digər insanların günlərini də liderlər planlaşdırır.

Liderlər qərarları düzgün qəbul edirlər. Adi insanların 10 qərar qəbul edəcəyi yerdə liderlər cəmi 1 qərar qəbul edir və bu qərardan şübhə etmirlər. Deyirlər ki, liderlər gələcəyi görməyi bacarır. Xeyr bu belə deyil. Onlar gələcəyi görmür, gələcəyi onların özü yaradır. Lakin bununla belə, onlar nə etdiklərini yaxşı bilirlər.

Dünyanı daha yaxşı təşkil edin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN