$-In Maraqlı Tarixçəsi

0
4027
$-In Maraqlı Tarixçəsi

Dollar hazırda xarici ölkələr arasında ən çox istifadə edilən valyutadır. $  işarəsi ilə göstərilən dolların maraqlı tarixçəsi var. 

1 Aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok $(dollar) işarəsini düşünüb tapıb. Bir çox mühazirələrinə əsasən, 1778-ci il 1 aprel tarixində Nyu-Orleandan (Luiziana Ştatı, ABŞ) olan bir plantasiya sahibi və taciri ilk dəfə öz mühasibat kitabında bu işarədən istifadə edib.Amma bu mülahizə hələ ki, konkret olaraq öz təsdiqini tapmayıb. Oliver Pollok Amerikaya İrlandiyadan emiqrasiya edib və ilk öncə ingilis koloniyası olan Pensilvaniyada yaşayıb.Sonra isə Nyu-Orleana köçüb. Şimali Amerikanın müstəqilliyi uğrunda gedən müharibə zamanı (1775-1783-ci illər) o, ispanlardan aldığı silahları Amerika patriotlarına sataraq ticarət edirmiş. Həmin vaxtda ABŞ-da ödəniş vasitəsi kimi ispan "peso”sundan daha çox istifadə olunurdu. Bu valyutanı sənədlərdə PS hərf birləşməsi ilə qeyd edirdilər.Oliver Pollok bu hərf birləşməsini bir işarə formasında yazaraq, əvvəlcə P, sonra is S hərfini onun üzərində yazarmış. Daha sonralar isə S yazıb, üzərinə iki qoşa xətt çəkib. (müasir $— dollar işarəsi kimi)

Öz mühasibat hesabatlarını Pollok konqresmen Robert Morrisə təqdim etdikdən sonra bütün sənədlərdə rəsmi olaraq dollar işarəsi bu cür göstərilməyə başlanıb. Bir neçə ildən sonra, yəni 1786-ci dollar ABŞ-ın milli valyutasına çevrildi.
 
Dollar işarəsinin başqa yaranma teoriyaları da var. Bunlardan biri də belədir — S hərfinin üzərindən U hərfi yazılardı, yəni USA abbreviaturasının ilk hərfi. Bu, ABŞ dollarının başqa ölkələrin dollarından seçilməsi üçün edilib. Sonralar U hərfi iki vertikal xətlə əvəz olunmağa başlanıb. İndiki dövrümüzdə isə bu işarə artıq bir xətlə də istifadə olunur.

 Korrektor Elnarə İzel

ŞƏRH YAZIN