2600 Yaşlı Beyin

0
1866
2600 Yaşlı Beyin

İngiltərədə 2600 illik beyin tapılıb. Beynin yaxşı qorunmasına səbəb onun palçıqla örtülməsi olub. 

Beyin qədim dövrdə başı öldürülən bir şəxsin kəllə sümüyünün içərisidə aşkar edilib. Alimlərin sözlərinə görə, kəllə sümüyünün sahibi ölümündən qısa zaman sonra gilli çuxura gömülüb. Oksigensiz qaldığı üçün orqan bu qədər yaxşı vəziyyətdə qalıb. 
 
Arxeoloqlar kəllə sümüyünü tapanda içərisində beyin ola biləcəyini düşünməyiblər. Onun üzərini palçıqdan təmizlədikdə isə gözlərinə inana bilməyiblər. 
 
Labaratoriya şəraitində aparılan yoxlama zamanı kəllə sümüyü və beynin 26-45 yaş arası kişiyə malik olduğu məlum olub. Onun e.ə V yüzilliyə aid olduğu deyilir. 
 
Kəllə sümüyünün sahibi boynundan sərt zədə alıb, sonra isə boynu bıçaqla kəsilib. 
Onun nə üçün belə vəhşicəsinə öldürüldüyünü bilmək isə mümkün deyil. Öldürüləndən sonra isə sürətli şəkildə gillə gömülüb. Oksigensiz, havasız şəraitdə qalan cəsəd zaman keçdikcə çürüsə də, beyin kəllə sümüyünün içərisində qala bilib.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN