5 Heyvandan Alınması Gərəkən Həyat Dərsi!

0
4538
5 Heyvandan Alınması Gərəkən Həyat Dərsi!

1.Heç də təəccüblü deyil ki, ilk dərs ağacdələndəndir:  “Əsl diqqət dərsi” 

Ağacdələn bir çox şeydə bizdən daha ağıllıdır. Düzdür, o başını ağaca vurur, amma bunu çox yaxşı edir. O, realistdir. Çoxumuzun istədiyi kimi ağacı bir andaca bölmək istəmir, yavaş-yavaş ordan- burdan deyil, eyni nöqtəni nişan alaraq vurur və öz hədəfinə-qurda yaxınlaşır. Bizə qurd yox, ilan lazımdır, onu isə biz ağac gövdəsində deyil, yerdə yarpaqlar arasında tapmaq istəyirik.

2. İkinci dərs balıqdandır: “Axın dərsi” 

Balıq həmişə axının əksi istiqamətində üzür. Ümümi rəyə zidd olsa da, bu doğrudur. O, bunu həyatını çətinləşdirmək üçün yox, bədənindən daha çox su keçirmək üçün edir. Belə olduqda axınla o daha çox oksigen və qida qazanır. Biz insanlar isə balıqlardan fərqli olaraq, müəyyən olunmuş axınla üzür və nəticədə 30 illik həyati təcrübə əvəzinə, bir illik təcrübəni 30 dəfə qazanırıq. Biz müəyyən olunmuş standartlardan kənara çıxmaq istəmir, sonra isə həyatımızda rəngarəngliliyin olmamasından şikayətlənirik. Biz “həyat lotoreyasını” lotoreyanı almamış udmaq istəyirik.             

3.Üçüncü dərs isə aslan balalarındandır: “Üzünüzü qana boyayın” 

Aslan balaları öyrənməyi çox yaxşı bacarırlar. Təbii ki, onlar dərsliklərdən yox, daha təcrübəli aslanlardan öyrənirlər. Aslan balaları çox yaxşı bilir ki, şikarı ovlaya bilmək üçün üzlərini qana boyamalıdırlar. Biz isə hətta əllərimizi murdarlamaqdan qorxuruq. Parta arxasında əyləşir, bizə ovlamağı öyrədən “dovşana” baxırıq. Yaxud özümüz evdə öyrənirik, ova çıxmaq vaxtı gəlib çatanda nəinki ovdan, hətta qandan qorxduğumuzun şahidi oluruq.               

4.Dördüncü dərs itdəndir: “Quyruğunu birinci bula” 

21-ci əsrdə nə etdiyin deyil, başqalarını nəyə həvəsləndirdiyin əhəmiyyətlidir. Bunun parlaq nümunəsi isə itdir. İt quyruq bulamaq üçün sizin onu aparıb yedirtmənizi gözləmir, o özü birinci hisslərini büruzə verir, sonra isə bunun qarşılığını alır. Lakin o,sizi ona nəsə verməyə məcbur etmir, sadəcə sizi buna həvəsləndirir.       

5.Beşinci dərs ilandandır: “Şikayətlənmə” 

İlan əlsiz-ayaqsız olduğundan, bu dünyada yeri olmadığından, zəif gördüyündən şikayətlənmir. O,əlində olanla kifayətlənir və bizi qorxuya salmağı bacarır.Nəsə xoşuna gəlməyəndə isə, o, sadəcə olaraq, dərisini dəyişir və peşman olmadan yoluna davam edir.

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN