Absurd Yol Qadağaları

0
2132
Absurd Yol Qadağaları

Sinqapurda piyada xəttinə 50 metrdən çox yaxınlaşmaq olmaz.

Nevada ştatında şossedə dəvə üzərində əyləşərək hərəkət etmək qadağandır.
 
İspaniyada mütləq olaraq özünüzlə ikinci cüt eynək götürməlisiniz, hətta birinci cüt gözünüzdə olsa belə.
 
Alabamada gözü bağlı şəkildə avtomobil idarə etmək qadağandır.
 
İllinoisdə yalnız yanğın halında avtomobilinizdə paltarlarınızı dəyişə bilərsiniz. Digər hallarda buna icazə verilmir.
 
Massaçusetsdə isə avtomobilinizin arxa oturacağında qorilla aparmaq cəhdinizə görə sizə cərimə düşəcək.
 
İspaniyanın bəzi şəhərlərində avtomobilinizi ayın tək günləri tən nömrəli evlərin qarşısında saxlamalısınız.
 
Amerikanın Montana ştatında isə qoyunu avtomobilin yük hissəsində “tənha” qoymaq olmaz.
 
Corcia ştatında isə avtomobil ilə uşaq parklarından keçmək rəsmən qadağandır.
 
Oklahamada isə sükan arxasında əyləncəli jurnallar oxuya bilməzsiniz.
 
Almaniyada benzinsiz yarı yolda qalmaq qadağandır.
 
Kiprdə sükan arxasında yemək və içmək (hətta su) qadağandır.
 
Alyaskada mövcud olan bir qanuna əsasən sürücü öz itini maşınının yuxarı hissəsinə bağlaya bilməz.
 
San-Fransiskoda avtomobili təmiz olmayan alt paltarı ilə yumaq qadağandır.
 
Danimarkada istənilən şəxs maşını işə salmadan öncə onun altında kiminsə olub-olmadığını yoxlamağa məcburdur.
 
Kaliforniya və Tennesidə avtomobilin içərisində olarkən heyvanlara atəş açmaq qadağandır. Əgər bu heyvan balina deyilsə.
 
Korrektə etdi :Salmanlı Ayna

ŞƏRH YAZIN