Ağacınız Haqqınızda Nələr Deyir?

0
7261
Ağacınız Haqqınızda Nələr Deyir?

Hər kəsin bir ağacı var ki, o ağac da həmin insan barədə xarakterik xüsusiyyətləri deyə bilir. Bəs sizin ağacınız hansıdır?

23 Dekabr - 1 Yanvar: Alma ağacı

1 Yanvar - 11 Yanvar: Küknar ağacı

12 Yanvar - 24 Yanvar: Qaraağac

25 Yanvar - 3 Fevral: Səlvi ağacı

4 Fevral - 8 Fevral: Qovaq ağacı

9 Fevral - 18 Fevral: Sədr ağacı

19 Fevral - 28 Fevral: Şam ağacı

1 Mart - 10 Mart: Söyüd ağacı

11 Mart - 20 Mart: Cökə ağacı

21 Mart: Palıd ağacı

22 Mart - 31 Mart: Fındıq ağacı

1 Aprel - 10 Aprel: Üvəz ağacı

11 Aprel - 20 Aprel: Çinar ağacı

21 Aprel - 30 Aprel: Qoz ağacı

1 May - 14 May: Qovaq ağacı

15 May - 24 May: Şabalıd ağacı

25 May - 3 İyun: Dişbudaq ağacı

4 İyun - 13 İyun: Gürgən ağacı

14 İyun - 23 İyun: Əncir ağacı

24 İyun: Huş ağacı

25 İyun - 4 İyul: Alma ağacı

5 İyul - 14 İyul: Küknar ağacı

15 İyul - 25 İyul: Qaraağac

26 İyul - 4 Avqust: Səlv ağacı

5 Avqust - 13 Avqust: Qovaq ağacı

14 Avqust - 23 Avqust: Sədr ağacı

24 Avqust - 2 Sentyabr: Şam ağacı

3 Sentyabr - 12 Sentyabr: Söyüd ağacı

13 Sentyabr - 22 Sentyabr: Cökə ağacı

23 Sentyabr: Zeytun ağacı

24 Sentyabr - 3 Oktyabr: Fındıq ağacı

4 Oktyabr - 13 Oktyabr arası: Üvəz ağacı

14 Oktyabr - 23 Oktyabr: Çinar ağacı

24 Oktyabr - 11 Noyabr: Qoz ağacı

12 Noyabr - 21 Noyabr: Şabalıd ağacı

22 Noyabr - 1 Dekabr: Dişbudaq ağacı

2 Dekabr - 11 Dekabr: Gürgən ağacı

12 Dekabr - 22 Dekabr: Əncir ağacı

22 Dekabr: Qayın ağacı

Alma ağacı (Eşq)
 
Bir az səssiz, sakit və utancaq olar. Cəzbedici xüsusiyyətləri vardır. Cazibədar bir tərəfi də olan alma ağacı qrupunun eşqbaz gülüşləri vardır. Macəraçı ruhunu hər vaxt ön planda tutan alma ağacı, sevməyi və sevilməyi də həyatının ən əhəmiyyətli yerinə qoyar. Bərabər/yoldaşına sadiqdir və eyni hörməti qarşı tərəfdən də gözləyər, uşaqlara da xüsusi bir düşkünlüyü vardır.

Dişbudaq ağacı (Ehtiras)
 
Çox cazibədardır. Həyat dolu şəxsiyyəti olan bu kəslərin qabiliyyətləri də hər vaxt ön plandadır. Tənqidə heç bir zaman əhəmiyyət verməz və zəkasıyla qarşısındakını məğlub edər. Eyni zamanda çox ağıllı, eqoist və etibarlı olarlar. Zaman-zaman pulun cazibəsinə də asanca qapıla bilən dişbudaq ağacı qrupu diqqətə hər zaman ehtiyac duyar.

Qayın ağacı (Yaradıcılıq)
 
Lider olma xüsusiyyətiylə ön plana çıxar. Çox yaxşı həyat və karyera planı hazırlaya bilər. Lazımsız risklərdən hər zaman uzaq dayanan bu qrup, maddi mövzulara da uyğundur. Özünə çox yaxşı baxar. İdman, diyeta kimi mövzularda olduqca həssasdır. Yaradıcı istiqamətləri ön plandadır.

Huş ağacı (İlham)
 
Həyat dolu bir şəxsiyyətə malikdir. Dost canlısı, təvazökar, dürüst və şişirtmədən uzaqdır. Sakitliyi və təbiəti çox sevər. Yaradıcı istiqaməti çox inkişaf etmiş olduğu üçün xəyalpərəst bir tərəfi vardır. Heç bir zaman ehtiraslarına məğlub olmaz. Bu istiqamətdən ayrı bir cazibədarlığa malikdir.

Sədr ağacı (İnam)
 
Hədiyyələrə huşunu itirər. Uyğunlaşma mövzusunda inkişaf etmiş qabiliyyətləri vardır. Heç utancaq deyil. Digərlərinə bir az yuxarıdan baxmağı sevər. Çox yaxşı natiqdir. Başında mövzuları çox asan təşkil edərək ətrafındakılara təsir etmə xüsusiyyətinə malikdir. Çox sayda qabiliyyəti vardır. Optimistdir və həqiqi eşqi tapmaq üçün səy göstərər. Sürətli qərar verə bilmə bacarığına da malikdir.

Şabalıd ağacı (Dürüstlük)
 
Təsir edici bir istiqaməti vardır. Ədalət duyğusu çox inkişaf etmişdir. Plan qurmağı çox sevər. Sanki diplomat olaraq doğulmuşdur. Ətrafındakı digər insanların duyğularına qarşı çox həssasdır. Çalışqan və lider mövqedədir. Ailə qərargahı sevən bir quruluşu olan şabalıd ağacı qrupu sevdiyinə olduqca sadiqdir.

Səlv ağacı (Sədaqət)
 
Güclü, əzələli və möhkəm bir görünüşü vardır. Həyatın ona təqdim etdiyi şeyləri qəbul edər, lakin heç bir zaman o qədərlə kifayətlənməz. Mübarizəçi bir ruha malikdir. Maddi olaraq da birinə bağlı yaşamaqdan çox xoşlanmaz. Eşqi sevər, təklikdən heç xoşlanmaz. Sevdiyinə ehtirasla bağlıdır. Zaman-zaman diqqətsiz və tez hərəkət edə bilər, amma məlumat sahibi olmaq onun ən sevdiyi şeydir.

Qaraağac (Zadəganlıq)
 
Geyiminə diqqət edən, insanları şənləndirməyi bacaran, liderlik etməyi sevən. Dürüst və sadiq həyat yoldaşı ola bilər. Başqalarının əvəzindən qərar verməyi sevir. Yaxşı zəkası və yumor hissi var.

Əncir ağacı (Həssaslıq)
 
Əzmli və qərarlı bir şəxsiyyətdir. Dürüst, müstəqil olmağı sevən və eyni zamanda sadiq bir xarakteri vardır. Mübahisə etməkdən və müzakirə etməkdən xoşlanmaz. Dost canlısıdır və uşaqları çox sevir. Heyvanları da eyni nisbətdə sevər. Əslində ictimai bir kəpənəkdir deyə bilərik. Zarafat etmək qabiliyyəti inkişaf etmişdir və uzun iş seanslarının ardından tənbəllik etməyi sevər.

Fındıq ağacı (Qeyri-adilik)
 
Zarafat etmək qabiliyyəti inkişaf etmişdir. İstəklərində israrçı davranar, amma bir o qədər də anlayışlıdır. İctimai hadisələr qarşısında çox həssasdır. Bu mövzularda aktiv olaraq vəzifə alar. Mükəmməlliyyətçi quruluşu vardır və dürüstdür.

Gürgən ağacı (Zövq)
 
Həyatını mümkün olduğu qədər asanlaşdırmağı sevər. Zövqlüdür. Vizual və dad qəbulu inkişaf etmişdir. Qarşısındakı adamdan nəzakət gözləyər. Qeyri-adi eşqlərin insanıdır. Duyğu və düşüncələrindən heç bir zaman tam əmin ola bilməz. Vicdan sahibidir, amma ətrafındakı insanlara heç bir zaman tam etibarla baxa bilməz.

Cökə ağacı (Şübhə)
 
Ağıllı və çalışqandır. Həyatdakı pis vəziyyətləri yaxşıya çevirmə mövzusunda çox müvəffəqiyyətlidir. Döyüşdən və stressdən nifrət edər. Uzaq tətilləri xoşlayar. Fədakardır. Ailəsi və yoldaşları üçün bir şey etməyi sevər. Çox qabiliyyətləri vardır, lakin hamısını istifadə etmək üçün zaman tapa bilməz. Liderlik xüsusiyyətlərinə malikdir. Zaman-zaman da qısqanc ola bilər.

Çinar ağacı
 
Təxəyyülü geniş və orijinal xarakterdədir. Ehtiraslı, bir az utancaq, özünə güvənən və davamlı yeni hədəflərə qaçan bir quruluşdadır. Yeni təcrübələrə açıqdır. Zaman-zaman əsəbi ola bilər, amma həyatı sevər. Təsiredici olmaq başlıca vəzifəsidir.

Palıd ağacı (Cəsarət)
 
Təbiət dostudur. Cəsur, güclü və bir az da sağlam ürəklidir. Müstəqil olmağı sevər. Həssasdır. Dəyişməyə çox açıq deyil. Ayaqları hər vaxt yerə bassın istər. İdarəlidir.

Zeytun ağacı ( Müdriklik)
 
Günəşi çox sevər. İstiqanlılıq və nəzakət olmazsa o da olmaz. Balanslı şəxsiyyəti hər zaman nümunədir. Aqressiv davranışlardan çəkinər, sakit və həssas bir quruluşa malikdir. Şiddəti heç sevməz. Qısqanclıq etmək də adəti deyil. Daha təcrübəli bir şəxsiyyət quruluşu vardır.

Şam ağacı (Sülhsevər)
 
Uyğun şəxsiyyətiylə ətrafındakılara təsir edər. Barışın və yaxşı niyyətin simvoludur. Ətrafındakılara kömək etməyi sevər. Şeir yazmaqdan çox xoşlanar. Aşiq olduğunda acı çəkər. Başqaları tərəfindən qorunmaqdan çox xoşlanar. Romantiklik olmazsa o da olmaz.
 
Qovaq ağacı (Qərarsızlıq)
 
Xarici görünüşünə çox əhəmiyyət verər. Qabiliyyətləri olduqca inkişaf etmişdir. Özünə çox güvənməz, amma lazım olduğunda çox cəsur olmağı bilər. Seçicidir. Təklikdən xoşlanar. Planlama mövzusunda olduqca yaxşıdır. Fəlsəfəyə düşkündür. Hər vəziyyətdə güvənə biləcəyiniz bir quruluşu vardır. Əlaqələrini çox ciddi qəbul edər.

Üvəz ağacı (Həssaslıq)
 
Cazibəlidir. Diqqət çəkməkdən xoşlanar. Həyatı və dinamikanı sevir. Birinə asılı da, müstəqil də yaşaya bilər. Ehtirasla sevər. Artistik istiqaməti inkişaf etmişdir. Bağışlayıcı deyil. Hər mövzuda həssas bir xarakteri vardır. Yaxşı dostdur.

Qoz ağacı (Ehtiras)
 
Ziddliklərlə doludur. Zaman-zaman eqoist davrana bilər. Mərhəmət istiqaməti də çox inkişaf etməmişdir. Dolanmaq bir az çətindir. Ehtiraslarına məğlub düşə bilər. Gözlənilməyən reaksiyalar da verə bilər. Həyatını müəyyən strategiyalar üzərinə qurar. Səbrlidir, amma bir o qədər də qısqancdır. Uyğunlaşıcı deyil.

Söyüd ağacı (Melanxoliya)
 
Stressdən heç xoşu gəlmir. Ailə həyatını sevir. Xəyalları arxasında qaçmağı sevir. Gözəl olan hər şeyə maraq duyar. Estetik istiqaməti inkişaf etmişdir. Dürüstdür və başqalarını güldürməkdən xoşlanar. Eşqdə doğru insanı tapana qədər bezmədən axtarışını davam etdirər. Əsla yorulmaz. Ekzotik yerlər başlıca maraq dairəsidir.

Küknar ağacı (Sirr)
 
Stresslə asanca başa çıxa bilər. Gözəl olan hər şeyi sevər. Qısqanclıq istiqaməti vardır və özünə yaxın olan kəsləri qorumağı sevər. Dürüstdür, pisliklə mübarizə edər. Çalışqan, bacarıqlı və özündən əmindir. Onun üçün cinsilik çox əhəmiyyətli deyil, amma ətrafında çox insan tapılar. Olduqca etibarlı bir xarakteri vardır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN