Özünüzə Söz Verdiniz Amma ...

0
3406
Özünüzə Söz Verdiniz Amma ...

1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün “Bell Telephone Company” adlı şirkətini qurdu.Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı.Bir il sonra - 1878-ci ildə Amerikada,1881- ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu.
On il sonra isə Amerikada telefon istifadəçilərinin sayı 150 minə,İngiltərədə 26 minə,Almaniyada 22 minə çatdı.Bellin ixtira etdiyi telefonda danışmaq və qulaqaşmaq üçün ayrı-ayrı dəstəklər var idi.Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşdi.
İlk telefon danışğı isə,1876-cı il martın 10-da baş tutdu.Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: “Mister Uotson,buraya gelə bilərsinizmi?Siz mənə lazımsınız”.
İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başladı.1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.
Bəs görəsən,telefon dəstəyini əlimizə götürdükdə söylədiyimiz “alo” sözü necə yaranıb?Bunun maraqlı bir tarixçəsi var.
Belə ki,bu söz Aleksandr Qraham Bellin nişanlısı olan Alessandra Lolita Osvaldonun adının qısaldılmış şəklidir.Bell telefonu icad etdikdən sonra ilk telefon xəttini nişanlısının evinə çəkmişdi.Ona görə də telefonu zəng çaldıqda zəng çalanın nişanlısı olduğunu bilən Bell,telefonun dəstəyini götürən kimi nişanlısının adını çəkərdi.Tədricən onun adını qısaldıb telefonu götürdükdə “Ale Lolos” bir müddətdən sonra isə “Alo” şəklində müraciət etməyə başladı.
Telefonun ikinci dəfə “dünyaya gəlişi” isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi.Mobil telefonun ixtirası isə mühəndis Martin Kuperin adı ilə bağlıdır.
Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub.Həmin gün “Motorolla” şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi.Onun çəkisi 794 qram,həcmi isə 33 x 4,4 x 8,9 sm. idi.Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi.Bu telefonların satış qiyməti 3995 dollar olsa da,minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.
Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat,təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

 
Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN