Artur Şopenhauerin söz xəzinəsindən

0
5070
Artur Şopenhauerin söz xəzinəsindən

 *Xoşbəxt bir həyat qeyri-mümkündür; insanın bacara biləcəyi ən yaxşı şey qəhrəman tərəfindən bir həyatdır.


*Əgər fırıldaqçıların oyuncağı və təlxəklərin məsxərəsi olmaq istəmirsək, ilk qayda içinə qapalı və çatılmaz olmaqdır.

*Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.

*Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı.

*İnsanın qırx yaşına qədər keçən illəri bir kitabdır, geri qalan illəri də o kitabın tənqid etməsidir.

*Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir

*Evlənmək, haqqlarını ikiyə bölmək və vəzifələrini ikiyə qatlamaq deməkdir.

*Əhəmiyyət verməmək əhəmiyyət verilməyi gətirər.

*Tikansız gül yoxdur amma gülsüz bir çox tikan vardır.

*Vəfat etmə ehtimalı üçün burada etiraf edirəm ki, Alman xalqını daşqın axmaqlığı üzündən kiçik hesab edirəm və ona aid olmaqdan utanıram.

*Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

*Sirrim mövzusunda səssizliyimi qorusam mənim əsirim olar; əgər ağızımdan qaçırsam mən onun əsiri olaram. 

*Iki ayaqlı heyvanların sıravi söhbətləri qədər sonsuz və darıxdırıcı bir söhbəti davam etdirməkdənsə heç danışmamaq daha yaxşıdır.

*Düşməninin bilməsini istəmədiyin şeyi dostuna söylə

*Əlimizdə olan şeyləri çox seyrək düşünürük. Əskik olanları isə daim.

*Başqalarına bənzəməyə çalışaraq mənliyimizin dörddə üçünü itirərik.

*Biri sizin üçün həqiqətən çox qiymətli isə, bunu ondan sanki bir günahmış kimi gizləyin. Bu xoş bir şey deyil amma doğrudur. Çünki , buraxın insanları, itlər belə böyük dostluqlara dözə bilməzlər.

*Nə sevgiyə nə də nifrətə gətirib çıxarmamaq dünya müdrikliyinin yarısıdır: heç bir şey söyləməmək və heç bir şeyə inanmamaq da o biri yarısıdır

*Ağıllı olan, söhbət əsnasında nə haqqında danışdığından çox kiminlə danışdığını düşünərək hərəkət edəcək. Bunu etdiyi təqdirdə sonradan peşman olacağı heç bir şey söyləməyəcəyindən əmindir.

*Mənim kimi insanlar tərəfindən geridə qalan fikirlər, abidələr həyatdakı ən böyük zövqümdür. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım.

*Bir-birlərini ən çox ovsunlayanlar, bir-birlərini ən çox tamamlayanlardır.

*Ola bildiyincə az şey diləmək və çox şey öyrənmək istəyirəm.

*Bəzilərinin eqoist sevgisi nifrətindən daha acı vericidir.

*Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır.

*Mərhəmət əxlaqın təməlidir.

*İnsanları tanışımdan bəri heyvanları sevərəm.

*Mənim kimi bir adam dünyaya gəldiyində geriyə istənəcək tək şey qalar - bütün həyatı boyunca ola bildiyincə özü kimi olması və intellektual güclər üçün yaşaması.

*Hər kəs özündə əskik olanı sevər.

*Taleh kartları qarışdırır , biz də oynayarıq.

ŞƏRH YAZIN