ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət edir:
Oğlumun müəlliminə,
“Öyrənməsi lazımdır bilirəm; bütün insanların dürüst və ədalətli olmadığını.
Amma bunu da öyrət ki, ona:
Hər alçaq insana qarşı bir qəhrəman, hər xudbin siyasətçiyə qarşı özünü sübuta yetirmiş bir lider var.
Hər düşmənə qarşı bir dost olduğunu öyrət ona. Zaman alacaq bilirəm, amma əgər öyrədə bilsən,qazanılan bir dolların tapılan 5 dollardan daha da dəyərli olduğunu söylə.
Uduzmağı öyrət ona və həm də qazanmaqdan həzz almağı öyrət.
Qısqanclıqdan uzaqlara yönəlt onu. Əgər bacarsan, səssiz qəhqəhələrin sirrini öyrət ona.
Qoy tez öyrənsin, zorbaların görünüşdə qalib olduqlarını. Əgər bacarsan, ona kitabların möcüzələrini öyrət. Lakin ona səssiz zamanlar da tanı. Göy üzündəki quşların, günəşin üzü önündəki arıların və yamyaşıl yamacdakı çiçəklərin əbədi sirrini düşünə biləcəyini öyrət.
Məktəbdə səhv etməyin hiylə etməkdən daha şərəfli olduğunu öyrət ona. Ona öz fikirlərinə inanmasını öyrət, hər kəs ona səhv olduğunu söylədiyində belə...
Nəzakətli insanlara qarşı nəzakətli, qəddar insanlara qarşı qəddar olmasını öyrət.
Hər kəs bir-birinə ilişmiş halda bir istiqamətdə gedərkən, kütləni izləməyəcək bir gücü ver oğluma.
Bütün insanları dinləməyi öyrət ona. Amma bütün dinlədiklərini gerçəyin ələyindən keçirməsini və sadəcə yaxşı olanları almağını da öyrət.
Əgər bacara bilsən,nəyəsə üzüldüyündə belə gülümsəyə biləcəyini öyrət ona. Göz yaşlarının heç də utancverici olmadığını öyrət. Hər kəsin sadəcə öz yaxşılığı üçün çalışdığına inananlara dodaq büzməsini öyrət ona və aşırı qayğıya diqqət etməsini… Ona gücünü və beynini ən yüksək qiymətə satmasını, lakin heç vaxt qəlbinə və ruhuna qiymət etiketi qoymamasını öyrət.
Ulayan bir insan izdihamına qarşı qulaqlarını tıxamasını öyrət. Və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dikilib döyüşməsini öyrət.
Onunla yaxşı davran,amma onu qucaqlama. Çünki, ancaq od poladı saflaşdırır. Burax səbrsiz olacaq qədər cəsarətə sahib olsun, burax cəsur olacaq qədər səbri olsun.
Ona hər zaman özünə qarşı dərin bir inam duymasını öyrət. Beləliklə, insanlığa qarşı da dərin bir inanc hiss edəcək. Bu, böyük tələbdir, müəllim. Nə qədərini edə biləcəksən görək. Necə də yaxşı, kiçik insandır OĞLUM…”
Korrektor:Əhmədova Sevinc