Azan

0
3762
Azan

Sizə görə azanın mənası nədir, azan sizə nəyi xatırladır? Ətrafıma baxanda görürəm ki, azan çox insan üçün gündə 5 dəfə eşidilən adi bir "səs" olub.

Zavodda çalışan bir insanın müəyyən bir müddət sonra maşınların səs-küyünə alışaraq bu səs-küyü adi görüb, narahatlıq duymaması kimi. Azərbaycanda yaşayan insanlar da artıq doğulduqlarından bəri eşitdikləri azana alışıb adi bir səs kimi qəbul edir və fərqinə belə varmadan həyatlarına davam edirlər. Bir qrup insanlar isə azanı eşitdiklərində musiqinin səsini kəsərək, uzatmış olduqları ayaqlarını yerə endirərək azana hörmət edirlər. Müsəlman olmayan bir ölkəyə gedildiyində isə insanlar bir müddət sonra azan səsinin yoxluğunu fərq edərək vətən həsrəti çəkirlər. Bəs niyə oxunur azan? Mənası nədir?
 
Azan 24 saat ərzində dünyada fasiləsiz olaraq səslənən bir səsdir. Birləşmiş Ərəb Əmirliklərinin alim və riyaziyyatçılarının tədqiqatına görə, Azan dünyanın 360 saat meridianlarına müvafiq olaraq gecikmədən oxunur. Çıxan yanıq, qəmli insan səsləri uzaqdan eşidilincə, ürəklərə və ruhlara təsir edir, insana mənəvi bir coşğunluq verir, imanlarını təzələyir. Əsrlərdən bəri oxunduğu üçün İslam adəti olmuşdur. Beləliklə, Azan Yer Kürəsində 1440 dəqiqə və ya sutkada 24 saat səslənir.
 
Azan sözünün mənası ərəbcədən “bildirmək, eşitdirmək, elan etmək” kimi tərcümə olunur. Azanda “namaza gedək”, “qurtuluşa gedək” və buna bənzər digər kəlmələr də işlənir. Azan oxuyana müəzzin, azan oxunan yerə isə minarə deyilir. Əvvəllər müsəlmanlar zaman-zaman bir yerə toplanıb namaz vaxtlarını gözləyirdilər. Bir müddət namaz vaxtlarında küçələrdə "əs-salah əs-salah" (namaza) deyə çağırılırdısa, bu da yetərli olmurdu. Namaz vaxtının gəldiyini xəbər vermək üçün bir işarəyə ehtiyac duyulurdu. Bunun üçün boru ötdürülməsi, atəş yandırılması və ya bayraq sancılması şəklində müxtəlif təkliflər olsa da, bunlar Rəsulullah tərəfindən qəbul edilmədi. Bir gün Abdullah Zeydə yuxuda azan öyrədilmiş, Abdullah da sabahısı gün Hz. Peyğəmbərə gələrək bu vəziyyəti xəbər vermişdi. Beləliklə, Rəsulu Əkrəm Bilala həmin bu azan cümlələri öyrədilmiş və oxuması əmri verilmişdi. Bir müddət sonra Hz. Ömər Rəsulullaha gəlib eyni yuxunu özünün də gördüyünü, ancaq Abdullah Zeydin daha erkən davrandığını bildirmişdir. Azan Müsəlman və ağıllı biri tərəfindən yüksəyə çıxaraq oxunur. Müsəlman olmayan, qadın, uşaq, dəli, qüslsüz olan, sərxoş azan oxuya bilməz. Tərcümələri hansı dildə olursa olsun oxunmaz, oxunduğu zaman ibadət dəyişdirilmiş olar. Azan fərz namazların vaxtında qılınması və ya qəzası əsnasında oxunur. Oxunarkən danışılmaz və salama cavab verilməz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN