Barmaqlar necə şaqqıldayar?

0
3587
Barmaqlar necə şaqqıldayar?

 Barmaq şaqqıldatmaq bəzi insanlarda bir vərdişə çevrilib. Hər iki əlinin barmaqlarını bir-birinə keçirərək və onları gərərək səs çıxarırlar. Çoxumuz buradan gələn səsin sümüklərdən gəldiyini sanırıq. Hətta narahat olarıq, amma nədənsə bunu edənlər hallarından məmnun görünürlər.


Ən çox və asanlıqla şaqqıldayan yerlər bədənimizdə ən çox tapılan sürtünməli oynaq yerləridir. Bu tip oynaq yerlərində, məsələn barmaqlarımızda, iki sümüyün birləşdiyi yerdə bir əlaqə kapsulası var. Bu kapsulanın içində sümüklərin hərəkətləri əsnasında buraları yağlayan bir maye var. Bu mayenin içində ərimiş halda Oksigen, nitrogen və Karbon-di-oksid qazları olur. Bədənimizdə ən asan şaqqıldada biləcəyimiz oynaq yerlərimiz barmaqlarımızdır. Barmaqlarımız gərilincə oynaq yerlərimiz düzləşincə bu kapsula da gərilər. İçindəki mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır. Elə qulağımıza gələn bu səslərdir. Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir, maye daha da genişlənir və oynaq yerlərinin hərəkət qabiliyyətini artırır. 

Eyni barmağınızı eyni anda təkrar şaqqıldada bilməzsiniz. Bir müddət gözləməyiniz lazımdır, çünki qaz qabarcıqlarının maye içərisində təkrar meydana gəlməsi bir az vaxt tələb edir.

ŞƏRH YAZIN