Bazar ertəsi haqda maraqlı faktlar

0
2662
Bazar ertəsi haqda maraqlı faktlar

Bazar ertəsi haqda maraqlı faktlar


Bir sıra İslam ölkələrində və İsraildə həftə bazar günündən başlayır. Bir çox insanlar bazar ertəsinin ağır gün olduğunu hesab edirlər. Amma bu bir şayiədir.

Hollandiyada bazar ertəsi ən cinayətkar gün hesab olunur. Qədim türk, ərəb, fars, yunan, ivrit, portuqal və erməni dillərində bazar ertəsi ikinci gün deməkdir.

Tacikistanın paytaxtı olan Düşənbə fars dilindən tərcümədə “bazar ertəsi” mənasını verir. Bazar ertəsi işçilərin 60%- işə gecikir. Birinci gün sindromundan ən çox əziyyət çəkənlər isə 45-54 yaş arası olan insanlardır.

Adətən birinci gün həftənin ən yağışlı günü olur, maşın almaq uğurlu hesab edilir. Bazar ertəsi infarktdan ölənlərin sayı 20% artır. Birinci gün sindromu ilə ən yaxşı mübarizə TV seyr etmək, şoppinq, kosmetika və şokolad almaq və ya məzuniyyəti planlaşdırmaqdır.    

ŞƏRH YAZIN