Beynin çalışsın!

0
4026
Beynin çalışsın!

 Beyniniz sanki donub, nə qədər cəhd etsəniz də çalışmır ki, çalışmır. O zaman bu məsləhətlər məhz sizin üçündür!


1. Leanardodan öyrənin

Maykl Qelbin How to Think Like Leonardo da Vinci (“Necə Leonardo da Vinçi kimi fikirləşmək olar”) kitabında intellektual qabiliyyəti inkişaf etdirməyin müxtəlif üsulları təqdim olunmuşdur. Məsələn müəllif öz yaddaşını yaxşılaşdırmağı arzu edən hər bir adama –digər əllə yazmağı və şəkil çəkməyi öyrənməyi tövsiyə edir. 
 
2. Motsartı dinləyin

Psixoloqlar nəhayət ki, “Motsart effektinin” həqiqətən də işlədəyini sübut etməyə nail oldular. “Motsart effekti” ondan ibarətdir ki, Motsartın musiqisinə qulaq asarkən beyin ondan olan informasiya hissəcikləri arasında daha mürəkkəb əlaqələr qurur. Bunun nəticəsində isə insan nəyisə xatırlamaq üçün daha az vaxt sərf edir.
 
3. Ağlınızı məşq etdirmək üçün vücudunuzu məşq etdirin

Tədqiqatlar sübut edib ki, fiziki tapşırıqların yerinə yetirilməsi zamanı qanda olan oksigenin miqdarı artır və qidalı maddələr mübadiləsi sürətlənir. Qan bütün orqanizm boyu dövr edir, həmçinin də beyni qidalandırır. Buna görə də fiziki hərəkətlərin icrasından sonra beynin fəaliyyəti də yaxşılaşır
 
4. Uyğun vaxt seçin

Yaşlı insanların yaddaşı səhər tezdən daha yaxşı işləyir, cavanlar isə günorta vaxtı mənimsədiyi informasiyanı daha yaxşı yadda saxlayır.
 
5. Qeydlər götürün (yazın)

Qədim çin kəlamında deyilir: “Hətta ən solğun mürəkkəb də fikirləri ən yaxşı yaddaşdan daha uzun müddət saxlamağa qadirdir”. Ən vacib və zəruri məqamları qeyd etdiyiniz gündəliyiniz olsun.
 
6. Öz yaddaşımızı stimullaşdırın

Aparılmış son araşdırmalar göstərir ki, bir fincan qəhvədə olan kofeinin miqdarı sizə diqqətini toplamağa kifayət edə bilər.
 
7. İntellektual peşə seçin

Polşa mütəxəssislərinin araşdırmaları sübut edib ki, karyera yüksəlişi intellektual qabiliyyətindən asılı olan insanlar, öz yaddaş və intellektlərini maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bununla da onlar öz qabiliyyətlərinin inkişafına təkan verirlər.
 
8. Sizdən daha ağıllı olan insanlar ilə ünsiyyət qurun

Belə insanlar ilə ünsiyyət sizin təhtəlşüurda zehin və zəkanızın, həmçinin də ümumilikdə intellektual qabiliyyətlərinizin inkişafı ilə bağlı stimul formalaşdıracaq. Bu qayda həm də ailə həyatına da şamil edilir.

ŞƏRH YAZIN