Bir körpəni güldürmək üçün ...

0
3082
Bir körpəni güldürmək üçün ...

 Bir körpəni güldürə bilirsənsə, nə xoşbəxt sənə... Bəzən körpə saxlamağın önəmli məqamlarından biri də budur. Onlar ağlayarkən, yerində durmak istəməzkən bu qabiliyyətinizlə onu sakitləşdirə, hətta ona əyləncəli anlar yaşada bilərsiniz. Məhz bunu edə bilmək üçün çox ciddi hesab etdiyiniz böyük-böyük adamlar nə oyunlardan çıxırlar. İndi isə bəzən ən çətin iş kimi görsənən körpəni necə güldürmək olar, onu öyrənək.


Bəzən insana elə gəlir ki, körpələr valideynlərinin kefsiz olmaqlarını başa düşürlər və bir gülüşlə bütün yorğunluğu atdıra bilirlər. Lakin bəzi uşaqlarda gözəl bir gülüş qazanmaq üçün bir az vaxt sərf etmək lazım olur. Budur, körpələri güldürə bilməyin 11 qızıl qaydası!
 
1. "Pik-a-bu! Görürəm səni"

Bu məşhur qayda çox vaxt körpələri çox əyləndirir. Onun sevimli yorğanının arxasında gizlənərək birdən üzə çıxın. Hansısa bir əşyadan da istifadə edə bilərsiniz və ya köhnədən qalma qayda ilə əllərinizlə üzünüzü örtmək mümkündür. Nə istifadə etdiyinizdən asılı olmayaraq siz onu güldürməyi bacaracaqsınız.

2. Bədəninə üfürmək

Sirr deyil ki, körpələr toxunulmağı sevirlər. Buna görə də yavaşca körpənizin nazik əllərinə, ayaqlarına və ya göbəyinə ağzınızı qoyub üfürərək səslər çıxarın.

3. Əl və ayaq barmaqlarını yeyirsiniz kimi etmək

Qəribədir ki, bir çox uşaqlar siz ayaqlarını, əllərini, boyunlarını dişləyirmiş kimi edəndə xoşlarına gəlir. Hətta iki yaşından sonra da bunu sevən uşaqlar var.

4. Köpük üfürmək

Köpüklərin seh ri adətən uşaqları çox cəzb edir. Əgər siz valideyn-övlad kurslarında iştirak etmisinizsə biləcəksiniz ki, övladınız siz köpükləri üfürdükcə əylənərək onları izləyəcək və hətta atdanaraq onları tutmaq da istəyəcək. 

5. Ailə üzvlərini çağırın

Körpələr bütün gün sizin üzünüzə baxmaqdan bezə bilərlər. Evə bir müddət körpənizin görmədiyi sevimli ailə üzvlərindən bir neçəsini çağırın, bu da övladınızın üzündə gülüş yarada bilər.

6. Mənasız və axmaq hərəkətlər

Nə qədər üzünüzü axmaqlaşdırsanız o qədər körpənizin xoşuna gələcək. Körpələr diqqəti və başqalarının ona baxmağını sevirlər, həmin baxışların gülməliliyi isə onları daha çox cəzb edir.

7. Sevimli obrazı

Oyuncaqların bu qədər çox satılmağının səbəbi uşaqların onlara maraq göstərməyidir. Heyvan formalı bir oyuncaq və ya gəlincik alın, bu körpənizin çox xoşuna gələcək.

8. Mahnı və musiqi

Uşaqlar musiqini çox sevirlər, xüsusilə də musiqi günlərinin bir hissəsinə çevriləndə. "Təkrar adətin açarıdır" deyir New Yorkda yaşayan uşaq həkimi Natali Geary. "Uşaqlar eşitməyi və görməyi sevirlər, əgər siz musiqi ilə gülərək oynasanız körpəniz də bir müddət sonra bunu təkrarlayacaq".

9. Ev heyvanı saxlayın

Ev heyvanları körpələri daha şən saxlamaq üçün yaxşı yoldur. Mişiqanda yaşayan ana Aliena Tapia deyir ki, onun övladı ev heyvanı olan bir evə gedəndə həmişə sakitcə heyvanın hərəkətlərini izləyir.

10. Heyvan səsləri çıxartmaq

"Bu həftə mənim oğlum donuz səslərinə aşiq olub" deyir şotlandiyalı ana Jessica Brockmole, "Biz körpəmizin şəkillərini çəkdirəndə yoldaşım çox vaxt meymun səsləri çıxartaraq onu güldürür".

11. Əgər heç biri işə keçməsə, onu qıdıqlayın

Yavaşca körpəni qıdıqlamaq adətən onun üzündə gülüş yaradır. Bu həm də bir növ toxunmaq olduğu üçün körpənizin sizi, qayğıkeş insanı hiss etməyinə kömək edəcək. Beləliklə övladınız təhlükəsizlikdə olduğunu başa düşəcək.

ŞƏRH YAZIN