Borcla Bağlı Maraqlı Faktlar!

0
2626
Borcla Bağlı Maraqlı Faktlar!

1. Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.
2. 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu. 
3. Hindu qəbiləsindəki bir adətə görə borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin ona jestlərlə və anlaşılmaz səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.
4. Çörçill deyirdi: "Dövlətini reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir".
5. Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.
6. Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.
7. Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə, vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: "Qayıdaq bizim qoyunlara".
8. Rusiyada qədim vaxtlarda bir adət mövcud idi: borclu borcu qaytara bilməyəndə ona izdihamın içində işgəncə verirdilər ki, başqaları dərs götürsün.
9. Borclularla rəftarın ən sərt üsulunu öz "İlahi komediya"sında Dante göstərib. Əsərdə onlar üçün cəhənnəmdə ayrıca yer ayırıb.
10. Bir çox ölkələrdə borclar irsən alınır.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN