Boyun artmasına təsir edən amillər!

0
6616
Boyun artmasına təsir edən amillər!

 Bəziləri istədiyi boya sahib olsa da, bəzilərində bu alınmaz. Fərq nədədir, bilirsinizmi? Boyunuza nələr təsir etdiyini, boyunun artması üçün nə etməsi gərəkdiyini araşdırdıq və buyurun, oxuyun!


* Xoşbəxtlik gəncin boyuna həqiqətən təsir edirmi?

Normal böyümə üçün sağlam və xoşbəxt olmaq, düzgün qidalanmaq və normal hormon tarazlığına sahib olmaq lazımdır. Sayılanlardan birində problem olsa qeyri-kafi böyümə görülər. Unudulmamalıdır ki, böyümə sağlamlığın ən əhəmiyyətli göstəricisidir. 
 
Araşdırmalar hormonların normal olmamasının stressə çox bağlı olduğunu göstərir. Stress, böyümə hormonlarının da normal olmamasına gətirir. Problemli uşaqlarda bu hormonların inkişafında nizamsızlıqlar olur. Bunların inkişaflarında digərlərinə görə gerilik görülür. Ana-ata ayrılığı, psixoloji bir stress, ağır bir infeksiya keçirmək, fiziki bir stress və s. vəziyyətlərdə də hormonların inkişafı pozula bilir. Bu da ciddi bir risk olaraq qarşımıza çıxır.

* Gəncin boyunun qısa qaldığını ailəsi ən sadə yolla necə anlar?
 
Yetkinlikdə qızlar 15-20 santimetr, oğlanlar 20-25 santimetr uzanır. Yetkinlik dövründə uşaq, ildə 5 santimetrdən az hündürləşirsə 'problem var' deməkdir.
 
Ümumiyyətlə qısa boylu uşaqların həkimə müraciət yaşı 10-11 yaş ətrafında olar. Amma uşağı müalicə edə bilmək üçün erkən diaqnoz əsas şərtdir!

* Genetika bir gəncin böyüməsində nə qədər təsirlidir?
 
Uşağın böyüməsində ana və atanın boyları əhəmiyyətli rol oynayar. Ümumiyyətlə qısa boylu valideynlər qısa boylu uşaqlara, uzun boylu valideynlər uzun boylu uşaqlara malikdir. Əslində ana-ata boyu, uşağın boyunu təyin edici faktorlardan biridir amma tək başına kafi deyildir. Ümumiyyətlə uşaqların boyları, ana-ata boy ortalamalarının 5-6 santimetr əskiyi ya da çoxu ola bilər. Amma uşağın yetkinliyə daxil yaşı, yetkinliyin müddəti və qızlardakı adət görmə yaşı, uşağın boyuna təsir edər. Məsələn; yalnız ana-ata boyu meyar olaraq alınsa heç uzun Çinli görməməmiz lazım idi, yəni bu mövzu yalnız ana-ata boyuyla əlaqədar bir şey deyildir.

* Qız və oğlanlar, yetkinlikdə ən çox hansı yaşda uzanır?
 
Qız uşaqlarında bu 11 ilə 11.5 yaşlarında görülür.
 
Oğlanlar ən çox 13-14 yaşında uzanarlar. Amma onların uzanması 18-19 yaşına qədər az da olsa davam edir.

* Gənclərin daha uzun boylu olması üçün, xüsusi bir bəslənmə nizamı tətbiq olunmalıdırmı?
 
Normal bir böyümə üçün balanslı bəslənmə şərtdir. Uşaqlar qidalarla lazımlı miqdarda zülal (süd, qatıq, pendir, yumurta və ət), yağ, karbonhidrat, vitamin və minerallar almalıdır. Bəzən iqtisadi faktorlar ya da şüursuz bəslənmə səbəbi ilə pis bəslənmə söz mövzusu olur ... Uşaqlar ümumiyyətlə şəkərli içkilər, vafli və cips kimi bəsləyici dəyəri aşağı yeməkləri yeməyə meyllidir. Səhv bəslənən bir uşağın qidalanmasının düzəldilməsi ilə böyümə də düzələr. Sağlam bəslənən birinin vitaminə ehtiyacı yoxdur.

* İdman boy uzadarmı?
 
Sürətli yerimək, qaçmaq, ip atlama belə böyümə hormonuna artırıcı təsiri var. Boy üçün, ağırlıq qaldırılan idmanlar xaricində hər cür idmanı təklif edirik.

* Müalicəylə nə qədər uzanar?
 
Əgər uşaqda böyümə hormonu əskikliyi varsa, müalicəylə ilk il 10-12 santimetr, ikinci il 8-10 santimetr ətrafında davam edə bilər.

* Hansı xəstəliklər gəncin boyuna təsir edir?
 
Uşaqlıq dövrünün bir çox xəstəliyi böyüməyə mənfi istiqamətdə təsir edər. Məsələn ürək, ağciyər və böyrək kimi orqanların uzun müddətli və əhəmiyyətli xəstəlikləri ilə mədə-bağırsaq xəstəlikləri, böyümə üzərində mənfi təsir yaradar. Bəzi xəstəliklərin müalicəsində istifadə edilən müəyyən dərmanlar böyüməyə mənfi istiqamətdə təsir edə bilər. Həyati əhəmiyyəti olan dərmanlar mövzusunda həkiminizin verəcəyi qərar çox əhəmiyyətlidir.

* Kimlər qısa boylu sayılar?
 
Qısa boy, ölçülən boyun o yaş və cinsə görə normal böyümə ölçülərinin altında olmasıdır. İllik boy artımının yaşına görə normadan az olması vəziyyətində, böyümə sürəti qeyri-kafi olaraq qiymətləndirilər.

ŞƏRH YAZIN