Bu texnologiyalardan uzaq dayanın!

0
3071
Bu texnologiyalardan uzaq dayanın!

Vaxtılə çox tanınan bu texnologiyaların kimisi istehlak müddətini doldurdu, kimisi də bazara çıxar çıxmaz dəbdən düşdü. Budur uzaq dayanılması lazım olan texnoloji məhsullar:

Bluetooth qulaqlıq 

Telefonu çiyində sıxışdıraraq istifadə etmək sağlamlığa zərərli olsa da, Bluetooth qulaqlıq heç bir paltara uymayaraq, istifadəçinin xarici görünüşünü pozur.

BlackBerry PlayBook 

BlackBerry-nin ilk və tək planşeti iPad-ə rəqib ola bilmədi. Cihazın e-poçt göndərmək kimi sadə bir iş üçün belə Bluetooth-lu bir telefona qoşulması lazımdır.

Google Wallet

Təmassız ödəmə texnologiyası hələ iməkləmə mərhələsindədir. Google Wallet da bu vəziyyətdə bir istisna meydana gətirmir. Hələ qlobal miqyasda istifadəyə verilməyən tətbiq ABŞ-da belə tam olaraq rəğbət görmədi.

DVD player

Film və serialların yüksək keyfiyyətli olaraq internetdən yayımlandığı indiki vaxtda DVD 20-ci əsrdən bir texnologiya olaraq qalır.

Angry Birds

Bir zamanlar ağıllı telefonlarda fırtınalar qoparan Angry Birds artıq zirvədən enmiş vəziyyətdədir.

Galaxy Gear

Samsung-un ilk ağıllı saatı olan Galaxy Gear, Zəif batareya ömrü və məhdud istifadəyə sahib olması ilə bərabər çox da bahalı idi.

'Ağılsız' telefonlar

Zəng etmək və mesaj göndərməkdən başqa bir xüsusiyyəti olmayan cib telefonları tarixə qarışır. İndiki vaxtda Android əsaslı ağıllı telefonlar, köhnə model telefonlarla az qala eyni qiymətə satılır.

 

ŞƏRH YAZIN