Cibiniz Pulla Aşıb Daşsın!

0
2701
Cibiniz Pulla Aşıb Daşsın!

Kim istəməz ki, sayıb qurtara bilməyəcəyi qədər pulu olsun?! Bunun üçün sizə mütəxəssislərin məsləhətlərini təqdim edirik:

Tərsinə hərəkət edin. Öncə qəbzləri ödəyib, sonra qalan pulu bir kənara qoymaq əvəzinə ilk əvvəl kənara qoyacağınız pulları ayırın, sonra xərcliyinizi planlayın.

2-5 illik plan qurun. Qarşıdakı 5 il üçün maliyyə olaraq nəyi etmək istədiyinizi (6 aylıq maaşı yığmaq, ev üçün nəğd pul toplamaq) planlaşdırın.

Özünüzə qadağalar tətbiq edin. Çox mühüm əhəmiyyət kəsb etməyən şeyləri almayın. Alış-veriş edərkən nəfsinizə hakim olun.

Gizli varlı biri kimi yaşayın. Çox milyonerlər cah-cəlalsız, sadə həyat yaşayırlar. Hətta onları gündəlik görənlər varlı olduqlarını heç düşünməzlər.

Təqaüdünüzü planlaşdırın. Karyerasının başında olanlar üçün təqaüdü planlaşdırmaq uzaq bir xəyal kimi görünsə də, bunda fayda vardır. İqtisadçılar "ev xərcləri üçün pul yığaraq qalan pullarınızı dəvət və tətillərə xərcləsəniz, necə təqaüdə çıxacaqsız?" – deyə soruşurlar.
 
Büdcə hazırlayın. Əlinizə keçən pulla etdiyiniz xərclərin siyahısını tutmaq məqsədlərinizə çatmaq üçün nə qədər pul xərcləməli olduğunuzu anlamanıza kömək edəcək.
 
Borcdan xilas olun. Əgər kredit, ya digər iri borclarınız varsa, ilk işiniz bunlardan qurtulmaq olmalıdır.

Gəlirinizi artırın. Ya daha çox yığmalı, ya da daha az xərcləməlisiz. Əgər az maaşınız olduğundan kənara pul ata bilmirsizsə, ikinci iş tapmağı düşünün.

Mütəxəssisdən soruşun. Maliyyə baxışları geniş olan birindən sizə pul yığmanızla bağlı məsləhətlər verməsini istəyin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN