Çinlilərin Göz Quruluşunun Sirri.

0
4787
Çinlilərin Göz Quruluşunun Sirri.

Yalnız Çinlilərin deyil,  Yaponların, Orta  və Cənub-şərqi Asiyada yaşayanların hətta Eskimosların belə gözləri  çəkikdir.

Əslində  "çəkik gözlü" olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır. Çəkik  gözlü deyə  xarakterizə edilən irqlərdə  gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur. Yaxşı bəs bu, nə üçün   belədir? Bir nəzəriyyəyə görə göz  qapağının   üzərində  dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir. Yuxarıda ifadə olunan bölgələrin bəzilərində qar çox az yağsa belə  elm   insanları   bu gün  çəkik gözlü deyə xarakterizə etdiyimiz  insanların  ulu atalarının Sibirdən, yəni  Asiyanın qar və buzla örtülü ən soyuq bölgəsindən cənuba, bu gün yaşadıqları yerlərə köç etdiklərini bildirmişlər.
 
Bu   qədər   soyuq   iqlimdə   yaşayanlar artıq bu iqlimə öyrəşmiş idilər. Yalnız gözlər deyil, burun da küləyə ən az məruz qalacaq şəkildə kiçilmiş, burun dəlikləri  tənəffüs edilən hava ciyərlərə gedənə qədər istilənsin deyə daralmışdır. Dəriləri də bu səbəblə yağlıdır.
 
Göz qapaqları da daha yağlı olduğundan, daha sallanan dayanır və bu gözün  iç təbəqələrini buza qarşı qoruyur. Bu cür quruluşlu gözə sahib olanlara “çəkik gözlü” deyil, “düşük göz qapaqlı” tərifini vermək daha düzgün olardı.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN