Çox yaşamaq istəyirsənsə ...

0
2209
Çox yaşamaq istəyirsənsə ...

 Uzunömürlü olmaq istəyirsənsə, o zaman həyat tərzinə və qidalanmana diqqət yetirməlisən. Təkcə bunlar da yetməz. Uzunömürlüyün sirrini axtaran tədqiqatçılar daha maraqlı fakt kəşf ediblər.


Sən demə, son 30 ildə britaniyalı xanımların ömrü uzanıb. Britaniyanın Milli Statistika İdarəsinin açıqlamasında bildirilir ki, bu dövrdə ölkədə 100 yaşdan artıq yaşayan qadınların sayı demək olar ki, 5 dəfə çoxalıb. 1981-ci ildə belə xanımların sayı 2600-dək idisə, indi Britaniyada yaşı 100-ü ötmüş 11 600-dən artıq qadın var. Alimlərin proqnozlarına görə, bu tendensiya davam edəcək və 2034-cü ildə 100 yaşı ötmüş xanımların sayı indikindən 10 dəfə çox olacaq. Mütəxəssislərin fikrincə, bu, insanların sağlam həyat tərzinə daha çox diqqət ayırmaları ilə bağlıdır.

ŞƏRH YAZIN