Dahi Nizamidən Eşq Haqqında ...

0
3044
Dahi Nizamidən Eşq Haqqında ...

 (Xosrov və Şirin)

Pişiyin eşqiylə yaşamaq, inan,
Yaxşıdır, şir olub, yalnız qalmaqdan.
Eşq düşsə daşın da qəlbinə əgər
Gövhərdən özünə məşuq düzəldər.
Maqnit olmasaydı eşqin əsiri
Çəкməzdi özünə dəmir zənciri.
Кəhrəbanın eşqə düşməsə canı,
Elə cəzb etməzdi quru samanı.
Dünyada gövhər var, daş var nə qədər 
Onlar nə bir saman, nə dəmir çəкər.
Bu saysız-hesabsız maddələr yenə,
Bax, gör, meyl edirlər mərкəzlərinə.
Od bir кiçiк dəliк tapmasa, höкmən
Yarıb çıxar çölə yerin təкindən.
Baxma кi, bu ürəк can sultanıdır,
Eşqə кönül ver кi, canlar canıdır.
Göyə doğru əgər çox qalxarsa,su
Yenə torpaq olar ən son arzusu.
Кainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.

 Nizami Gəncəvi 
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN