Dahilərin Boş Zamanları Necə Keçib?

0
3761
Dahilərin Boş Zamanları Necə Keçib?

1. Gec vaxta qədər işləmək lazım deyil.

Görkəmli insanlar bütün günlərini iş yerlərində keçirmirlər. Məsələn, filosof Mişel Fuko saat 9:00-dan 15:00-a qədər çalışırdı. Betxoven isə gün çıxandan günortaya qədər işləyirdi.

Görkəmli şəxsiyyətlərin əksəriyyəti gün ərzində 12 saat belə çalışmırdılar.

2. Çox istirahət edin.

Hətta qısa iş günlərində  belə uğurlu və görkəmli insanlar iş vaxtı istirahət edirlər. Məsələn, Sokrat bəzən küçənin ortasında qəfildən dayanıb 20 dəqiqə ərzində heç nə etməyərək ayaq üstə dayanırdı. Betxoven isə hər səhər xiyabanda gəzintiyə çıxırdı. O, belə vaxt keçirməyi «gəzinti zamanı iş» adlandırırdı.

3. Günorta işləmək məsləhət görülmür.

Əlbəttə ki, hər bir halda istisnalar olur, lakin dahilərin əksəriyyəti heç vaxt günorta çalışmırdılar. Məsələn, Viktor Hüqo öz əsərləri üzərində səhər çalışdıqdan sonra Paris küçələrində avtobusla gəzintiyə çıxırdı.

4. Fasilə elan edin və yemək yeyin.

Masa arxasına oturmamışdan öncə Çörçill hətta vanna qəbul edirdi və təmiz paltarlar geyinirdi. İndiki dövrdə insanların əksəriyyəti tez bir zamanda nahar edir və dərhal iş yerlərinə qayıdırlar.

5. Öz həyatınızı rəngarəng edin.

Görkəmli insanların həyatları gözlənilməz və təəccüblü hadisələr ilə dolu idi. Bundan belə bir nəticəyə gəlmək olar ki, əgər biz uğura nail olmaq istəyiriksə, özümüz öz həyatımıza rəng qatmalıyıq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN