Davranışla Bağlı Maraqlı Məlumatlar!

0
3480
Davranışla Bağlı Maraqlı Məlumatlar!

 1. Testosteron səviyyəsi yüksək olan insanlar digərlərinin qəzəbindən zövq alırlar.

2. İnsanlar özlərinə əmin olmayanda digərlərini alçaltmağa çalışırlar. IQ testdən pis nəticə topladıqları söylənilən insanlar milli və dini baxımında daha qərəzli fikirlər söyləyir, nəinki yüksək nəticə əldə etdikləri söylənilən iştirakçılar.

3. Bununla yanaşı insanlar səmimi qəlbdən düşünür ki, onların digərləri haqda neqativ rəyləri onların özləri haqda gözləntilərinin doğrulmaması ilə qəti əlaqəli deyil. Digərlərini alçaltmaq özünü qiymətləndirmənin bərpa olunmasına kömək edir.

4. Cismani hisslər insanların davranışına daha çox təsir göstərir. Məsələn, ağırlıq hissi ilə "vaciblik", "ciddilik", "əhəmiyyətlilik" arasında çox möhkəm bir assosiasiya vardır. Əgər insan öz rezümesini daha ağır qovluqda təqdim edərdisə, digərləri onu daha stabil və ciddi insan kimi xarakterizə edərdi və əksinə.

5. Eyni qaydada, sərtlik və möhkəmlik hissi insanların mühitə uyğunlaşmasına çətinlik yardır. Məsələn, kobud stullarda əyləşən müsahibələr danışıqlar zamanı daha təmkinsiz və güzəştə getməyi bacarmayan təsiri yaradırlar. Kələ-kötür səthlər insanlarda qarşılıqlı münasibətlərdə çətinlik hissi oyadır, soyuq isə tənhalıq hissi ilə sıx bağlıdır.

6. Əgər insanın bir-başa yox demək imkanı yoxdursa və ya ondan edilən xahişi yerinə yetirmək üçün heç bir səy göstərmək tələb olunmursa, insanlar mənəviyyata zidd hərəkətlər etməyə və ya həmin xahişi yerinə yetirməməyə meylli olurlar.

7. Amma insanlar kiminsə qabağında mənəvi qərar qəbul etməlidirsə, onda özünü "lazımı qaydada" aparır. Bir başa kömək xahişinə, ianə və bağışlamalarla bağlı və ya imza toplanması məsələsində daha az insan rədd cavabı verir.

8. Yalan böyük əqli zəhmət tələb edir. İnsan beynində həm yalanı saxlamalı olur ki, onu deyə bilsin, həm də həqiqəti saxlamalı olur ki, onu gizlədə bilsin. Nəticədə o daha sadə cümlələrdən istifadə edir, təfəkkür və yaradıcılıq tələb edən tapşırıqların öhdəsindən daha pis gəlir.

9. İnsanlar müşahidə aparanda özünü daha yaxşı göstərir və daha yaxşı davranırlar. Həmçinin müşahidə illüziyası da işə yarayır. Məsələn, yeməkxanada göz şəkli asmaq kifayət edir ki, daha çox insan yedikdən sonra stolu səliqəyə salsın və tökdüyünü yığışdırsın.

10. Bununla yanaşı davranış mənəviyyata da təsir edir. Yalan demiş, aldatmış və ya digər yanlış iş görmüş insanlar, bundan sonra nəyin pis və ya nəyin yaxşı olduğunu daha fərqli şəkildə qiymətləndirirlər.

11. Xoşagəlimli səmimi görünüş aldadıcı ola və insanları çox asanlıqla yanlışlığa sürükləyə bilər. İnsanlar zahiri görünüşə daha çox etibar edir, nəinki səmimiyyətə. Hətta peşəkarlar belə 86% halda özünü səmimi aparan, lakin yalan deyən insanların səmimiyyətinə inanırmış.

12. Zahiri görkəm böyük rol oynayır, hətta səs-vermə və siyasətçilərin seçimi zamanı. Seçicilər bəzən namizədin üz cizgiləri, zəhmli görünüşü və fiziki əlamətləri əsasında onun səriştəliliyi barədə mühakimə yürüdür və müəyyən qənaətə gəlirlər. Təbii ki, bu bilərəkdən, şüurlu şəkildə edilmir.

13. Daha çox müvəffəqiyyət əldə edib zəngin olan insanları daha ağılı hesab edirlər və həmçinin də əksinə. Əksər hallarda insanlar düşünür ki, varlılar və qismətinə əzab-əziyyət çıxanlar, həyatda nəyə layiq idilərsə, onu da alıblar.

14. Pulu çox olan insan deyil, pulu qonşusundan daha çox olan insan xoşbəxtdir. Müəyyən qədər böyük pullar olmasına rəğmən məmnunsuzluq hissi məhz bunla izah olunur. İnsanlar daima özlərini qonşuları ilə müqayisə edir. Zənginləşdikdən sonra onlar öz çevrələrini dəyişir, orda olan insanların isə pulu daha da çox olur və əhatəndəki insanların yanında lovğalanmaq çətinləşir. Özünü yüksəkdən apara bilmirsən.

15. Qəzəb insanlarda sahiblik - sahib olma niyyətini gücləndirir. İnsanlar onlarda qəzəbli sima ilə assosiasiya olunan obyektləri əldə etməyə daha çox meylli olurlar. Əvvəllər isə bunun yalnız emosional hisslərlə əlaqədə olduğu ehtimal edilirdi.

16. Qəbul edilməli olan qərar nə qədər çətin olarsa, insanlar bir o qədər hər şeyi olduğu kimi saxlamağa meylli olurlar. Əgər dükanda seçim həddindən artıq böyükdürsə və insanlar nəyi almağa seçim edə bilmirlərsə, onda onlar ümumiyyətlə heç nə almadan gedəcəklər.

17. İnsanlar situasiyanın onların nəzarətindən çıxdığını hiss edəndə, onlar bir-biri ilə əlaqəsi olmayan hadisələr haqqında mövcud olmayan qanunauyğunluqlar görməyə başlayır və kimlərinsə ona qarşı əlbir olduğunu düşünür.

18. İnsanlar dərhal verilmiş qərarlara görə tez peşman olur, hətta nəticələr onları qane etdiyi halda belə. Amma buna baxmayaraq vacib olan qərarın düşünülməsi üçün ayrılmış vaxt deyil. əsas insan özü necə hiss edir: bu vaxt kifayətə qədər idi ya yox?

19. Heç də bütün risklər eyni cür qavranılmır. Eyni bir insanın dəhşət hündürlükdən paraşütlə tullanmağa hazır olsa da, öz müdirinə etiraz etməyə cürət etməyə də bilər. Və ya pələngləri əhlilləşdirən bir insan bəyəndiyi, yaraşıqlı bir qızla tanış olmaqdan çəkinə bilər.

20. Darıxmağın da müsbət cəhətləri vardır. Darıxan insanlar əksər hallarda xeyirxah əməllər etmək üçün fürsət axtarırlar, çünki onlar əyləncələrdən beziblər. Belə ki, əyləncələr daha onların həyatına sevinc gətirmir.

ŞƏRH YAZIN