Məşhur Amerika kinoaktyoru Leonardo Di Kaprio Nepalda pələnglərin nəslini qorumaq və artırmaq üçün Dünya Vəhşi Təbiət Fonduna (WWF) 3 milyon dollar bağışlayıb.
Nepal hökuməti Fondla birgə nəsli kəsilməkdə olan növlərin qorunması üçün bir sıra tədbirlər həyata keçirəcək.
Məlumat üçün qeyd edək ki, aktyor 1998-ci ildə öz adına ekoloji tədbirlər üçün qrant mükafatı fondu təsis edib və ümid edir ki, onun köməyi ilə Nepalda pələnglərin sayı 2022-ci ilə kimi ikiqat artacaq. Çünki məhz bu il ənənəvi Çin təqviminə əsasən pələng ilidir. Yerli Nepal orqanlarının verdiyi xəbərə görə hal-hazırda ölkədə 200-ə yaxın pələng var.
Korrektə etdi: Hürü Mustafayeva