Dodaq Boyası Haqqında

0
3062
Dodaq Boyası Haqqında

Misirin ən məşhur şahzadəsi, Kleopatra, dodaqlarını al-qırmızı rəngə boyamaq üçün qurudulmuş al-qırmızı böcəklərdən istifadə edirdi.

Pomada XVI əsrdə İngiltərə kraliçası I Yelizavetta və bir sıra ledilərin sayəsində məşhur olmuşdur. Onlar dodaqlarını mumla qırmızı civə sulfidin qarışığı ilə rəngləyirdilər.


İlk sıxılmış pomada bazarda 1915-ci ildə peyda oldu.

Qadınlar həyat ərzində orta hesabla dodaqlarından 4-6 funt pomada "yeyirlər". İndi siz yeməkdən sonra pomadanın nəyə lazım olduğunu bilirsiniz!

İslamın Qızıl Əsrində, ərəb həkimi və kimyaçısı Abu əl-Kəzim əl-Zəxroi (Abulkasis) sıxılmış formada olan ətir və digər komponentlərdən ibarət bərk pomada kəşf etdi. O, pomadanın istehsal prosesini özünün tibb və cərrahiyyə ensiklopediyası olan Əl-Təsrif kitabında təsvir etmişdir.

1770-ci ildə Böyük Britaniya parlamenti qanun qəbul etdi ki, pomadadan istifadə edən qadınlar cadugarlıqda ittiham oluna bilərlər.

1930-cu ildə məşhur vizaj ustası, Maks Faktor dodaqlar üçün parıltı icad etdi.

İkinci dünya müharibəsində pomadanın məşhurluğu kino sənayesinə görə artdı və qadınlar tərəfindən kosmetikadan istifadə gündəlik hala çevrildi.

1950-ci ildə Amerika əsilli kimyaçı Xeyzel Bişop öpüş üçün yuyulmayan və uzunmüddətli pomada kəşf etdi. 


Redaktor:Əliyeva Zeynəb
 

ŞƏRH YAZIN