Dollar Haqqında Bilmədikləriniz

0
4772
Dollar Haqqında Bilmədikləriniz

Niyə yüz dollarlıq banknotda Benjamin Franklin təsvir edilmişdir? 
Dollar kağız pullarının əksəriyyətində Amerika prezidentləri təsvir edilmişdi – Corc Vaşinqton,Avraam Linkoln,Endryu Cekson,amma iki istisna var: Aleksandr Hamilton (10-dollarda) və Benjamin Franklin (100-dollarda).Franklin Amerikanın "ata-banilər" siyahısına daxil olur və onun imzası Müstəqillik Bəyannaməsində yerləşir.Həmçinin Franklinin mətbəə bacarıqlarının köməyi ilə ilk amerikan valyutası çap edilmişdi.
 
Niyə dollar banknotunun əks tərəfində ehram təsvir edilmişdir?
Bu ehram ABŞ-ın gerb çapının hissəsidir: ön planda – qartal,arxada – ehram.Hesab edilir ki,ehram gücü ifadə edir və on üç pillə birinci 13 ştatı simvollaşdırır,zirvənin yoxluğu sonrakı inkişaf ehtiyacını bildirir.
 
Bəzi şəhərlərin özünün ayrıca yerli valyutası var.Şəxsi valyutanı yaratmış şəhərlərdən birincisi İtaka olmuşdur,(Nyu-York ştatı)Şəxsi valyutalara sahib olan Medison,Viskonsin ştatı,Korvallis,Oreqon,Travers Siti və Miçiqan kimi şəhərlər də var.
"İnhisarçılıq" (Monopoliya) oyunu üçün real banknotlardan daha çox pul çap edilir.Hərçənd,bu fakt sadəcə mif kimi görünür. Oyunun istehsalçıları olan "Parker Brothers " şirkətinin bəyanatına əsasən "İnhisarçılıq" oyunu üçün hər il 30 milyard banknot çap edilir. 
 
Kağız pul cırılana qədər onu neçə dəfə qatlamaq olar?
Federal ehtiyatlar sisteminin bildirdiyi kimi hər bir banknotu hər tərəfdən 4000 dəfə qatlamaq olar,1 dollar banknotunun orta ömrü təxminən 22 ay təşkil edir; 5-dollar – iki il; on dollar – üç il; 20 dollar – dörd; 50 - və 100-dollar doqquz il yaşayır. Qəpiklər daha çox uzunömürlüdür və təxminən 30 il yaşaya bilər.
 
Federal ehtiyatlar sistemi hər il nə qədər pul çap etmək lazım olması haqqında qərar qəbul edir və pulların çapı ilə çap bürosu məşğul olur.Banklardan nağd depozitlər alan,Federal Ehtiyatlar Sistemi xüsusi avadanlıqda bütün valyutanı yoxlayır. Yoxlamanın nəticələri adətən göstərir ki,valyutanın üçdə biri gələcək istifadə üçün yararsızdır.Bu banknotlar maşınlarda kəsilir və yeni pulla əvəz olunur."Xırdalanmış" kağız pullar ya zibil qutularına aparılır,ya da həmin pullar Federal ehtiyatlar sistemi tərəfindən banklara ekskursiyalar vaxtı satılan suvenirlərə qablaşdırılır.

Nə vaxt ki,qəpiklər qiymətli metallardan kəsilirdi,məsələn gümüş və ya qızıl kimi,bəzi mahir oğrular qəpiyin kənarından dəqiq kəsilmiş metalı sataraq yaxşıca qazanırdı.Buna görə qəpiklərin qıraqlarında bu kəsiklər yarandı.ABŞ-ın zərbxanasının məlumatına görə on dollarlıqda -118,iyirmi beş qəpikdə - 119 və yarım dollarlıq qəpikdə -150 kəsik var.Hərçənd qəpiklər artıq bahalı metallardan hazırlanmır,lakin qəpiklərin bu cür kəsilməsi adəti hələ də saxlanılır.Çünki onların sayəsində görmə çətinliyi olan insanlar öz aralarında qəpikləri ayıra bilirlər.Maraqlıdır ki,heç vaxt bir və beş sentlərin kənarlarında kəsik olmayıb,çünki onlar heç vaxt qiymətli metallardan hazırlanmırdı.
 
10000 $ dəyərində kağız pul mövcuddurmu?
Bugünkü gündə yüz dollar ən böyük məbləğli kupyuradır.Ancaq əvvəllər $500,$1000,$5000 və$10000 banknotlar mövcud idi,lakin 1969-cu ildə onlara ehtiyac olmadığına görə çap etməyi dayandırdılar.Axırıncı dəfə belə banknotlar 1945-ci ildə buraxılıb.Bu banknotlardan bəziləri hələ də mövcuddur və qanuni ödəniş vasitəsidir.Onların çox hissəsi kolleksiyaçıların əlindədir.
 
İki dollarlıq banknot neçəyədir?
İki dollarlıq kupyura həmişə insanlarda maraq oyadıb.Bu kupyuralarda qanuni ödəniş vasitəsi hesab olunur.İki dollarlıq banknot ilk dəfə 1862-ci ildə yaranıb və onun buraxılışı 1966-cı ildə dayanıb.On il sonra ABŞ-ın öz iki yüz illiyini bayram etməsi çərçivəsində onlar yenidən çap edildi.Belə kupyuralar kifayət qədər nadirdir – onlar bütün kağız valyutanın yalnız 1%-ni təşkil edir.Ancaq pullar nominal dəyərindən daha bahalı deyil, yəni – iki dollar dəyərindədir.
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN