Dostlarımız ömrümüzü uzadır

0
1829
Dostlarımız ömrümüzü uzadır

 Alimlər belə qənaətə gəliblər ki, dostluq münasibətləri insan ömrünü uzada bilər. Belə ki avstraliyalı alimlər bunun üçün 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar. 


Nəticələrə görə, daha çox dostları olan yaşlı insanlar təkliksevən həmyaşıdlarına nisbətən çox yaşayırlar. İnsanın sağlamlığı dostların sayından asılıdır. Əgər insanın dostu çoxdursa, deməli fiziki və psixi sağlamlığı da möhkəm olur. Bununla belə, çox incə bir məqam mövcuddur. Dostluğun fiziki və psixi sağlamlığa müsbət təsiri üçün dostların təxminən eyni yaşa və yaxın sosial səviyyəyə məxsus olması çox əhəmiyyətlidir.

Möhkəm və uzun müddət dostluq münasibətində olanlar depressiya pozğunluğundan, ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Sən demə, dostluq münasibətləri pis vərdişlərin qarşısının alınmasına da kömək edir. Belə ki, dostlar tərəfindən dəstəklənən insanlar nikotin və alkoqol asılılığından daha asan qurtulurlar

ŞƏRH YAZIN