Dünya dilləri haqqında 25 maraqlı fakt

0
9809
Dünya dilləri haqqında 25 maraqlı fakt

Hazırda dünyada 7000 dilin istifadə olunduğunu və hər 2 həftədən bir onlardan birinin yox olduğunu bilirdinizmi? Əgər bu barədə məlumatlı deyilsinizsə, o zaman dünya dilləri haqqında sizə təqdim etdiyimiz 25 maraqlı faktı diqqətdən qaçırmayın.

1. Meksikadakı bu dil dünyada o dildə danışan iki nəfər bir-birindən küsüb deyə yox olmaq təhlükəsi ilə qarşı qarşıyadır.
2. Amerikanın yerli zuni qəbiləsinin dili yapon dilinə bənzəyir. Aparılan araşdırmalar yaponlar ilə zuni qəbiləsi arasında bioloji bənzərliklərin olduğunu da ortaya çıxarıb.
3. İspaniya ilə Fransa arasındakı dağlıq ərazilərdə danışılan bask dili bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.
4. 11 rəsmi dilə malik olan Cənubi Afrika Respublikası başqa ölkələrdən daha çox rəsmi dilə sahibdir.
5. Roma papası rəsmi Twitter hesabından 9 dildə tweet atır. İspanca hesabı ən çox izləyici sayına malikdir.
6. 2454 fərqli dilə çevrilməklə ən çox dilə tərcümə olunmuş kitab İncildir.
7. Ən çox tərcümə olunan ikinci kitab isə “Pinokkio”dur.
8. Dağıstanın Çarodin rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir felin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır. (2010, siyahıyaalma).(Mənbə: Vikipediadan istifadə olunub).
9. İspaniyanın Kanar adaları arxipelağına aid La Qomera adasında istifadə olunan silbo dili sadəcə fitdən ibarətdir.
10. Türkiyənin Giresun ilinin Kuşköy ərazisində quşdili, fitlə xəbərləşmə hal-hazırda da mövcuddur.
11. Dünyada təxminən 7000 dildə danışılır.
12. Bunlardan 2400-ü yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.
13. Əsasən hər 14 gündə bir, bir dil yox olur.
14. Dünyada danışılan dillərdən 840-ı (hardasa 7-də biri) sadəcə “bir” ölkədə istifadə edilir - Papua Yeni Qvineya.
15. “O” səsi fransızcada 13 fərqli şəkildə hecalanır.
16. “Klinqon” süni dilini yaradan dil professoru Mark Okrand bu dili oğluna öyrətməyə 3 il sərf edib. Oğlu bu müddətdə bildiyi hər şeyi unutmağa başlayıbmış.
17. Hollandiya yerlilərinin dili olan frisian, ingiliscə danışanların öyrənə biləcəyi ən asan dil hesab olunur.
18. Bir yapon olduqca çox ingilis sözü istifadə edərək onda ruhi pozuntu yaratdığına görə Milli Yayım Təşkilatını məhkəməyə verib.
19. Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.
20. Papua Yeni Qvineyadakı “Rotokas” dilinin əlifbasında sadəcə 11 hərf mövcuddur. Bu, dünyadakı ən kiçik əlifbadır.
21. Ən böyük əlifba isə 74 hərfdən ibarət Kimer (Kamboca) əlifbasıdır.
22. Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.
23. İnsanlar başqa dildə aksentlə danışdıqları kimi işarə dilində də aksent var.
24. Vatikandakı ATM-lərdə (bankomatlarda) latın dilindən istifadə etmək mümkündür.
25. Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır. 
 

ŞƏRH YAZIN